Əsas Səhifə > Partiya, Güney Press > AXCP idarə heyətlərində ermənilər olan təşkilatların yerli nümayəndəsi rolunu oynayır
AXCP idarə heyətlərində ermənilər olan təşkilatların yerli nümayəndəsi rolunu oynayır12-03-2015, 11:00 |
“İlk Avropa Oyunları kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi təbii ki, xarici və daxili düşmənlərimizi narahat edir və buna görə də belə çirkli kampaniyalar aparırlar”. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov son zamanlar bir sıra beynəlxalq təşklatların ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı artan qara piar kampaniyasına münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, xaricdə bir neçə təşkilat var və bunların tərkibində, idarə heyətlərində ermənilər fəaliyyət göstərir: “Onların maliyyə dəstəkləri var və Azərbaycanda da AXCP, Milli Şura adlanan ölü bir qurum, onun ətrafında olan bir neçə qəzet və bir neçə QHT bu proseslərdə bunların yerli nümayəndəsi kimi rol oynayır. Müxtəlif bəyanatlar yayırlar, yalan məlumatlar ötürürlər”. Onun sözlərinə görə, bu möhtəşəm tədbir Azərbaycanın böyük təqdimatı olacaq: “Təbii ki, Azərbaycan dövlətinin, xalqının bilavasitə burada təmsil olunması, Azərbaycan dövlətinin nə qədər gözəl təşkilatçı dövlət olması bəzi qüvvələri narahat edir və ona görə də bu tədbirin üstünə kölgə salmağa çalışırlar. Amma artıq bəllidir ki, bütün ölkələr öz bəyanatlarını bildiriblər, çünki onlar Azərbaycanın təşkilatçılıq qabiliyyətini bilirlər və buna görə də bu tədbir Azərbaycanda keçirilir”. S.Novruzov xatırladıb ki, Azərbaycan “Eurovision” mahnı müsabiqəsi kimi böyük bir tədbirə də ev sahibliyi etdi və bütün dünya bunu alqışladı: “O zaman da Azərbaycana qarşı eyni kampaniya aparılırdı, ancaq bütün bunlar heç bir nəticə vermədi”. Geri qayıt |