Əsas Səhifə > Partiya, Güney Press > “Baykot çağırışı edənlər ruhi xəstədir”

“Baykot çağırışı edənlər ruhi xəstədir”


19-03-2015, 11:32
“Baykot çağırışı edənlər ruhi xəstədir”
Araz Əlizadə: “Onları başlarını itirib, gic, səfeh, dəlidilər”

“Hamının ağlı gedir, ötən əsrin 80-ci illərin sonuna. Amma unudurlar ki, biz nəinki ötən əsrin 80-ci illərində, ümumiyyətlə XX əsrdə yaşamırıq”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə I Avropa Olimpiya Oyunları öncəsi baykot çağırışlarına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, baykot çağırışı səsləndirənlər ruhi xəstədir:

“Onlar gic, dəli, səfeh olmasaydılar, belə çağırışlar səsləndirməzdilər. Çünki bu zəmanədə baykotdan danışmaq, yalnız gic adamların işi ola bilər. Hətta ötən əsrin 80-ci illərinin sonunda bir neçə dəfə baykot çağırışları olmuşdu. Lakin heç bir nəticə verməmişdi. Ümumiyyətlə bu cür çağırışlar heç zaman effektiv olmur. Sadəcə bəzi məkrli xarici qüvvələr və onların Azərbaycandakı satqın dostları baykot çağırışlarını ortaya atmaqla, özlərini gündəmə gətirmək istəyirlər. Demək istəyirlər, bizdə varıq. Əsl reallıqda isə onlar yox kimi şeylərdir. Sizə bir söz deyim, Azərbaycan Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcək. Baykot çağırışları edənlər quyruqlarını bulayıb, özləri də bu idman yarışmasını izləyəcək”.

Geri qayıt