Əsas Səhifə > Partiya, Güney Press > "Cənab prezident İlham Əliyev başda olmaqla, xalqımıza yeni-yeni uğurlar arzu edirəm"
"Cənab prezident İlham Əliyev başda olmaqla, xalqımıza yeni-yeni uğurlar arzu edirəm"20-03-2015, 11:39 |
Siyasilərimiz Novruz bayramı münasibətilə Hafta.az-a açıqlama veriblər. Millət vəkili Çingiz Qənizadə bildirib ki, Novruz qadağan olunan illərdə də Azərbaycan xalqı tərəfindən qorundu, yaşadıldı: “Hesab edirəm ki, Novruz bizim milli dəyərlərimizə, tariximizə, adət ənənəmizə töhfə olub ki, onun bu günə gətirib çıxara bilmişik. Novruz sadəcə bir tarixin qeyd edilməsi deyil. Novruz hər bir canlının həyatında dəyişiklik, yenilik anı deməkdir. Ona görə də bu bayramı qoruyub, saxlamaq lazımdır. Novruz bayramı münasibətilə hər bir insana cansağlığı, ölkəmizə bol ruzi, bərəkət, cənab prezident İlham Əliyev başda olmaqla, xalqımıza yeni-yeni uğurlar arzu edirəm”. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə söyləyib ki, istənilən milli bayramlar xalqın simasıdır: “Milli bayramlar tarixdən süzülüb gəlir. Həm də çox asan gəlmir. Ciddi təpkilərin olmasına baxmayaraq, 70 illik sovet imperiyası dövründə bu bayram qorundu. Hətta 60-cı illərin sonunda Qız qalası üzərində və yaxınlığında od yandırılma və bayraq qaldırılma hadisəsi belə oldu. Bu bayram özündə cəm etdiyi bir çox fəlsəfə ilə millətin çox dərin bir tarixə malik olduğunu göstərir. Bu bizim millətə məxsus olan bir bayramdır. Amerikalı ekspertlər də deyir ki, yeni il dekabrda qeyd olunsa da, əsl yeni il mart ayında baş verir. Adət-ənənənin qorunması baxımından millət yaşayır. Əgər adət-ənənə qorunmasa millət assimilyasiya olunar. Bu mənada bayramlar milləti qoruyan bir ünsürdür və Azərbaycan xalqını sizin vasitənizlə təbrik edirəm”. Geri qayıt |