Əsas Səhifə > Partiya, Güney Press > "Bu qara PR kampaniyası vahid mərkəzdən idarə olunur"
"Bu qara PR kampaniyası vahid mərkəzdən idarə olunur"2-04-2015, 09:02 |
"Avropa oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qara PR kampaniyası vahid mərkəzdən idarə olunur" Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib. "İndiki şəraitdə Azərbaycanda və ölkəmizin yerləşdiyi bölgədə geosiyasi maraqları olan bəzi dövlətlər və onların himayəsində olan beynəlxalq təşkilatlar, enerji və digər sahələrdə daha az xərclə daha böyük gəlir əldə etməyə çalışan transmilli korporasiyalar və onların nəzarətində olan media qurumları, erməni diasporu və lobbisi konkret bir mərkəz tərəfindən müəyyənləşdirilmiş xətt üzrə ölkəmizə qarşı kampaniya aparırlar", - o əlavə edib. Mirzəbəylinin sözlərinə görə, şübhəsiz ki, bu sıraya sadalanan qrupların Azərbaycandakı azsaylı nüfuz müvəkkillərini də əlavə etmək lazımdır. "Məqsəd isə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaqla onu gücdən salmaq, daxili sabitliyi pozmaq, inkişafın qarşısını almaq, Azərbaycanı onların irəli sürdüyü bə yaxud sürəcəyi ehtimal olunan şərtlərlə barışmağa məcbur etməkdən barətdir", - o vurğulayıb. Geri qayıt |