Əsas Səhifə > Partiya, Güney Press > Vurğun Əyyub Müsavat Məclis üzvlüyündən çıxarılacaq

Vurğun Əyyub Müsavat Məclis üzvlüyündən çıxarılacaq


2-04-2015, 11:20
Vurğun Əyyub Müsavat Məclis üzvlüyündən çıxarılacaq
“Müsavat Partiyasının legitim orqanlarını tanımayan bir şəxsin Müsavat adından parlament seçkilərində namizədliyini irəli sürməsini məntiqsiz sayıram. Ancaq bütün hallarda bu məsələ Vurğun Əyyubun şəxsi işidir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

N. Sadıqlı bildirib ki, Müsavat Partiyası üzvlərinin parlament üzvlüyünə namizədliyi Məclisinin 4 aprel toplantısında təsdiq olunmayacaq: “Çünki hələ seçkilərə çox qalıb, bütün namizədlər dəqiqləşdiriləndən sonra yəqin ki, Məclisin növbəti toplantılarının birində bu məsələlərə baxılacaq”.

N. Sadıqlı Müsavat Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılacağını vurğulayıb: “Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması Məclisin 4 aprel toplantısında gündəmə gələcək. Çünki bu, müsavatçıların haqqıdır və tələbidir. Vurğun Əyyubun yerinə hansısa partiya üzvü seçilərək, orada fəal iştirak edə bilər. Vurğun Əyyub Məclisdə iştirak etmirsə, bu orqanı legitim saymırsa, onu yerinə başqa adam seçilməlidir”.

Geri qayıt