Əsas Səhifə > Partiya, Güney Press > Pənah Hüseyn hakimiyyətə deputat yerlərini bölüşdürməyi təklif etdi

Pənah Hüseyn hakimiyyətə deputat yerlərini bölüşdürməyi təklif etdi


8-04-2015, 12:18
Pənah Hüseyn hakimiyyətə deputat yerlərini bölüşdürməyi təklif etdi
Moderator.az xəbər verir ki, AXP sədri Pənah Hüseyn 2015-ci ilin payızında keçiriləcək parlament seçkilərində müxalifətin hakimiyyətlə açıq danışıqlara getməsini təklif ilə çıxış edib.

Bu gün “Dəyişən dünya və Azərbayca: mövcud durum və perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən AXP sədri P. Hüseyn bildirdi ki, bu il keçiriləcək parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir: “ Bizə ciddi koalisiya yaratmaq lazımdır. Buna görə də hakimiyyət-müxalifət bu məsələni müzakirə edib razılığa gəlməlidir. Belə bir praktika 1990-ci il parlament seçkiləri zamanı olub. Bunu danmaq olmaz. Odur ki, danışmalıyıq və razılaşmalıyıq. Təbii ki, bu açıq və şəffaf olmalıdır. Dairələr üzrə təkcə müxalifətlə deyil, hakimiyyətlə də razılaşmalıyıq. Burada əsas yük prezident İlham Əliyevin üzərinə düşür. Oppenentlərimiz təkəbbürdən əl çəkməlidirlər. Bu böyük fəlakət dövrü hamıya ziyan vuracaq. Bu il məsələlər istiqamətində konkret addımlar atılmalıdır. Milli koalsiya yaratmalıyıq, müəyyən mərhələlərdə iqtidarla əməkdaşlıq da edə bilərik.”
P. Hüseyn onu da əlavə etdi ki, tədbirə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri, hazırki başqan Arif Hacılını, Milli Şuranın sədri Cəmil Həsənlini dəvət etmişdim. Görünür, bu mövzu ilə bağlı nəsə demək istəməyiblər: “Hazırki durumdan çıxış yolu kimi müxalifətin stategiyası yoxdur, sanki, hamı nəyisə gözləyir. Müxalifətdə elə bilirlər ki, gözlərini açacaqlar, görəcəklər, Azadlıq Meydanı insanlarla doludur və bu insanları hakimiyyətə gətirirlər. Hesab edirəım ki, ciddi şəkildə proseslərlə bağlı düşünmək lazımdır. Bir araya gəlmək, milli birlik halında toparlanmalıyıq.”

Geri qayıt