Əsas Səhifə > Partiya, Güney Press > “Onlar bədbəxt adamladır, bədbəxt olmasaydılar...”

“Onlar bədbəxt adamladır, bədbəxt olmasaydılar...”


9-04-2015, 10:17
“Onlar bədbəxt adamladır, bədbəxt olmasaydılar...”
“Azərbaycan inkişaf edir, dünyada yerini və rolunu möhkəmlədir. Ermənistan isə səfalət içində üzür. Belə olanda əlbəttə, erməni lobbisi Azərbaycanda I Avropa Olimpiya Oyunlarının keçirilməsinə qısqanc yanaşacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev I Avropa Olimpiya Oyunlarının həm daxildən, həm də xaricdən baykot çağırışlarına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar və müxalifət fəalları tərəfindən dilə gətirilən baykot çağırışları erməni lobbisinin tapşırığı ilə həyata keçirilir:

“I Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə keçiriləcək. Bu ölkəmizin qarşısında geniş imkanlar açacaq. Onsuz da inkişaf yolunda olan ölkəmizə dünyanın marağını daha da artıracaq, turizm potensialını gücləndirəcək. Belə olan halda bizə düşmən qüvvələr, erməni lobbisinin dünyadakı təmsilçiləri hər vəchlə bu uğura kölgə salmağa çalışırlar. Müxtəlif beynəlxalq təşkilatlara, onların əli ilə daxildəki müxalif qüvvələrə pul ayıraraq, Azərbaycan haqqında əsassız şaiyələr yayırlar. Xarici dairələri başa düşdük. Onlar adlarını beynəlxalq təşkilat qoysalar da, əslində lobbi təşkilatı, qara-piar təşkilatı kimi fəaliyyət göstərirlər. Bunun qarşılığında böyük pullar əldə edirlər. Daxildə adını müxalifətçi qoyub, dövlətini xırda maraqlara satanları isə anlamaq olmur. Onlar bədbəxt adamlardır. Bədbəxt adam olmasaydılar, belə etməzdilər. Gör nə gündədirlər ki, erməni lobbisinə də işləməyə utnamırlar”.

Geri qayıt