Əsas Səhifə > Partiya, Güney Press > “3-5 erməninin məhvi bizim üçün təsəlli ola bilməz”

“3-5 erməninin məhvi bizim üçün təsəlli ola bilməz”


10-04-2015, 10:28
“3-5 erməninin məhvi bizim üçün təsəlli ola bilməz”
Son aylar təmas xəttində atəşkəs rejiminin mütəmadi surətdə pozulması və bu səbəbdən də həm Azərbaycan, həm də Ermənistan tərəfinin itkilərə məruz qalması demək olar ki, adi hal almaqdadır. Azərbaycan ordusunun düşmənin diversiya cəhdlərinin qarşısını alması, habelə qarşı tərəfin həmlələrinə qətiyyətlə cavab verməsi hər kəsin ürəyincə olsa da, torpaqların hələ də işğal altında qalması narahatlıq doğurur. Cəmiyyətdə birmənalı qarşılanmayan digər bir məsələ isə Qarabağın 20 ildən çoxdur ki, işğal altında qaldığı bir zamanda bəzi yetkililərin təmas xəttində şəhid olan hər bir Azərbaycan hərbçisinə görə 5-10 erməni hərbçisinin məhv edildiyi ilə bağlı açıqlama səsləndirməsi, sanki bununla bir növ xalqa təsəlli verməsidir.
Maraqlıdır, torpaqlarımızın 20 ildən çoxdur ki, işğal altında qaldığı bir halda cəbhə xəttində 3-5 erməninin öldürülməsi Azərbaycan üçün təsəlli sayıla bilərmi?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Fazil Mustafa cəbhə xəttində öldürülən ermənilərin Azərbaycan üçün əsla təsəlli olmadığını bildirdi və əsas məqsədin işğaldakı torpaqları azad etmək olduğuna diqqət çəkdi: “
“Təbii ki, bu, Azərbaycan üçün təsəlli hesab edilə bilməz.Ümumiyyətlə, öldürmək məsələnin həlli deyil. Bəzən bu ifadələr cəmiyyətdə ruh yüksəkliyi yaratmaq üçün işlədilir. Məqsədimiz, hədəfimiz torpaqları azad etməkdir. Müdafiə Nazirliyi də bunu anlayır və bu istiqamətdə də iş görür. Amma bir daha qeyd edirəm ki, bütövlükdə bu bizim üçün hədəf deyil. Önəmli olan işğaldakı torpaqları azad etməkdir”.

Geri qayıt