Əsas Səhifə > Partiya, Güney Press > Vurğun Əyyubun yenidən deputatlığa namizədliyi irəli sürülüb

Vurğun Əyyubun yenidən deputatlığa namizədliyi irəli sürülüb


27-04-2015, 11:01
Vurğun Əyyubun yenidən deputatlığa namizədliyi irəli sürülüb
Müsavat Partiyasının Suraxanı rayon təşkilatı yenidən partiya məclisinin sabiq üzvü Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürüb.

Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin Hafta.az-a verdiyi məlumata görə, 26 aprel saat 17:00-da rayonun şura iclası keçirilib. İclasda Vurğun Əyyubun da deputatlığa namizədlik məsələsi müzakirə olunub. Müzakirələrin sonunda şura tərəfindən V.Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli sürülüb.

Qeyd edək ki, V.Əyyubun deputatlığa namizədliyi daha öncə də Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülsə də, qərarı bu qərar partiyanın Mərkəzi Nəzarət-təftiş Komissiyası tərəfindən ləğv edilmişdi.

Geri qayıt