Əsas Səhifə > Partiya, Güney Press > “Milli Şuranın mitinqi insanları xeyir və şər işlərindən məhrum edir”

“Milli Şuranın mitinqi insanları xeyir və şər işlərindən məhrum edir”


29-04-2015, 11:16
“Milli Şuranın mitinqi insanları xeyir və şər işlərindən məhrum edir”
“Milli Şuranın keçirdiyi mitinq deyil, piketdir. Camaatı narahat etməsinlər”.

Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili, Siyavuş Novruzov deyib. O bildirib:

“Onlar 200-300 adam qohum-əqrəbasını yığmaq istəyirlərsə, evlərinə çağırıb, oturub söhbət etsinlər. Bundan ötrü küçələrə çıxmaq lazım deyil. Kimliyindən asılı olmayaraq, insanların qorunması vacibdir. Orada baş verən hər bir hadisəyə görə iqtidar cavabdehlik daşıyır. Bu baxımdan da bazar günləri hüquq-mühafizə orqanlarının istirahətdə olan günüdür, onların istirahəti bununla məhrum olunur. Həmçinin, orada yaşayan vətəndaşların da istirahət etmək hüququ var. Məsələn, birinin xeyir, birinin isə şər işi var. Bundan iki saat məhrum olur. İstənilən ayrılan yerdə isə insanların istirahətinə, nəqliyyatın infrastrukturuna ziyan vururlar. Bu baxımdan da mən hesab edirəm ki, bunun özünü də sistemləşdirmək lazımdır. Əgər bunların bir neçə dəfə say məsələsi üst-üstə gəlmirsə, artıq onlara həmin yerləri ayırmağa ehtiyac yoxdur. Getsinlər həyətlərində piket keçirsinlər”.

Geri qayıt