Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda müxalifətçilərin yox, iqtidaryönlülərin hüquqları pozulur”
“Azərbaycanda müxalifətçilərin yox, iqtidaryönlülərin hüquqları pozulur”30-04-2015, 11:26 |
“Söz azadlığının pozulduğu ölkələrdə heç kim deyə bilmir ki, söz azadlığı pozulub. Çünki bunu demək üçün söz azadlığı olmalıdır”. Bu sözləri Editor.az-a açıqlamasında Azvision.az informasiya portalının baş redaktoru Vüsal Məmmədov bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığının pozulmasına dair yaydığı hesabatlara münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığı var və bunun əksini iddia edənlərin özləri də bunu yaxşı bilir: “Belə bir paradoks var: söz azadlığı həqiqətən pozulan ölkədə heç kim deyə bilmir ki, “söz azadlığı pozulub”, çünki bunu demək üçün də söz azadlığı olmalıdır. Və yaxud, həqiqətən diktatura olan ölkələrdə heç kim deyə bilməz ki, “diktatura var”. Bunları demək artıq ondan xəbər verir ki, ölkədə söz azadlığı var və heç bir diktatura yoxdur. Söz azadlığının pozulmasından hər halda, müxalifətyönlülər şikayətlənə bilməz. Belə götürəndə, pozulan iqtidaryönlülərin söz azadlığıdır: hər dəfə müxaliflərin haqqında hansısa fakt, ya fikir yayımlayanda çox ciddi təhqirlərə və hücumlara məruz qalırıq. O ki qaldı beynəlxalq “hüquq-müdafiə” təşkilatlarına, mən ümumiyyətlə, hüquq müdafiəçiliyi institutuna inanmıram. Bu, siyasətin yan alətindən başqa heç nə deyil. Heç bir avropalı o qədər mələk deyil ki, ciddi şəkildə Azərbaycanda kiminsə hüququnun pozulmasına can yandırsın. Sadəcə, bu, bir siyasi fənddir və ondan öz məqsədləri üçün istifadə edirlər. Bəzən az, bəzən isə çox. İndi Olimpiada ərəfəsi olduğundan xüsusilə çox istifadə edirlər ki, Azərbaycan Avropada yaxşı tərəfdən görünməsin”. Geri qayıt |