Əsas Səhifə > Partiya, Güney Press > Prezident Administrasiyasından müxalifətə təklif gəlib
Prezident Administrasiyasından müxalifətə təklif gəlib1-05-2015, 12:00 |
Bu gün Prezident Administrasiyasından “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalardan birinin rəhbərinə siyasi partiyalarla növbəti görüşün keçirilməsi ilə bağlı təklif gəlib. Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, növbəti görüşdə müzakirəyə çıxarmaq üçün bir neçə mövzu da təklif edilib. Xəbərdə həmçinin deyilir ki, “Azadlıq-2015” blokundakı 8 partiyanın rəhbərliyi təkliflə bağlı bu gün saat 16-da növbədənkənar toplantı keçirəcək. Mənbənin sözlərinə görə, razılıq əldə olunacağı halda PA ilə siyasi partiyalar arasında növbəti görüş mayın ortalarına qədər keçiriləcək. musavat.com Geri qayıt |