Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət dialoqdan niyə qaçır?
Müxalifət dialoqdan niyə qaçır?2-05-2015, 12:04 |
İqtidarla müxalifət arasında keçiriləcək növbəti dialoq ətrafında danışırlar davam edir. Prezident Administrasiyası bu məqsədlə müxalifət partiyalarına təklif göndərib. İqtidar sayca üçüncu görüşdə müxalifətə Avropa Oyunları ilə bağlı məsələni müzakirə etməyi təklif etsə də qarşı tərəf buna birmənalı yanaşmayıb. Müxalifət Azərbaycan üçün son dərəcə önəmli olan Avropa Oyunlarının gündəlinə çıxarılmasına etiraz edərək dialoqa getməyəcəklərinin anonsunu verib. Müxalifət partiyalarının məntiqəsığmayan bəhanələri görüşün baş tutmasını sual altında qoyur. “Azadlıq” blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, görüşlə bağlı qəti qərar 8 partiyanın yenidən müzakirəsindən sonra veriləcək. “Bu qərar partiyaların müvafiq qurumları yeni yaranmış situasiyanı müzakirə edəcək və 8 partiya növbəti həftə yenidən toplanacaq. Bu iclasda dəyərləndirmə olacaq və görüşdə iştirak edib-etməməklə bağlı qərarımız müəyyənləşəcək”. Partiya sədri onu da vurğulayıb ki, Avropa Oyunları müzakirəyə ehtiyacı olan mövzudur: “Azadlıq-2015” bloku seçkilərin müakirəsini daha məqbul sayırdı. Seçki ilində belə məsələnin müzakirəsi vacib sayılmalıdır. Amma etiraf edim ki, Avropa Oyunları ətrafında yaranmış situasiya bununla bağlı da müzakirənin keçirilməsini tələb edir. Administrasiya bu mövzunu boşuna seçməyib. Hesab edirəm ki, aktual mövzudur. Mənə elə gəlir ki, ziddiyyətlər arasında uzlaşma, ortaq mövqe tapmaq lazımdır”. Əli Əliyevdən fərqli olaraq “Azadlıq” blokunun digər üzvü Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Avropa Oyunları ilə bağlı müzakirələr aparmaq təklifini qəbul etmir”. Partiya sədrinin fikrincə, mövzuya düzəliş edilməsə dialoq baş tutmaya bilər. Müxalifətin digə təmsilçiləri AXCP və Müsavat bundan öncə olduğunu kimi növbəti dialoqda da iştirak etməyəcək. AXCP-nin sədr müavini Gözəl Bayramlı açıqlamasında bildirib ki, adı çəkilən görüş real müxalifətlə keçirilmir, ona görə də onlar bu görüşə qatılmaq istəmirlər. Avropa Oyunlarının müzakirəsinə gəlincə, partiya rəsmisi AXCP-nin bununla bağlı mövqeyinin dəyişməz olduğunu deyib. Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə bildirib ki, görüşlə bağlı iqtidar tərəfindən onlara heç bir dəvət göndərilməyib: “Həm bizə dəvət gəlməyib, həm də, partiyamızın olimpiya oyunları ilə bağlı mövqeyi bəllidir. Ona görə də bu, müzakirə olunacaq məsələ deyil”. Göründüyü kimi, müxalifət Azərbaycanın müstəqillik tarixində ən böyük uğurlarından olan Avropa Oyunlarına qarşı çıxaraq ölkəmizin iqtidarla dialoqdan yayınmağa çalışır. Geri qayıt |