Əsas Səhifə > Partiya, Güney Press > "Sosial bazasını itirən müxalifət bu görüşlər sayəsində özünü bərpa etmək üçün bir şans qazanır"

"Sosial bazasını itirən müxalifət bu görüşlər sayəsində özünü bərpa etmək üçün bir şans qazanır"


19-05-2015, 08:42
"Sosial bazasını itirən müxalifət bu görüşlər sayəsində özünü bərpa etmək üçün bir şans qazanır"
Vəhdət Partiyasının sədri Tahir Kərimli Hafta.az-a müsahibəsində iqtidar-müxalifət görüşünün qapalı hissəsindən və digər siyasi məsələlər barəsində danışıb.

DİA.AZ müsahibəni təqdim edir:

-Bundan öncəki iqtidar-müxalifət görüşünə çağrılmamışdınız. Necə oldu yenidən görüşlərə çağrıldınız?

-Bizi bundan öncəki görüşə çağırmamışdılar doğrudur. Səbəb kimi bildirilmişdi ki, iqtidara yaxın olan partiyalar görüşə dəvət olunmur. Bu hökumətlə müxalifətin deyil, iqtidar-müxalifət görüşüdür. İqtidar-müxalifət görüşündə iqtidaryönlülər niyə olmamalıdır? Təklif etdim ki, 1993-cü ildə razılığa gəlinmişdi bu görüş artıq məşvərət şurası halına gətirilsin. Yəni, bunu daimi bir orqan edib status vermək olar ki, bu zaman isə kimin müxalifət, kimin iqtidar olması müzakirə obyektinə çevrilməz.

-Partiyanızın strukturu haqqında mətbuatda müxtəlif fikirlər səslənir. Bunlara münasibətiniz necədir?

- Bizim haqqımzda səslənən fikirlər doğru deyil. Vəhdət partiyası 7 partiyanın birləşməsindən yaranıb. Bu gün də partiyanın sturukturları yerindədir. Birinci müavin, müavinlər, rayon şöbələri fəaliyyətdədir. Bizim geniş sosial bazamız var. Hakimiyyət də dəyər verib görüşə çağırıb. Təşəkkür edirəm onlara da.

-Görüşə qatılmayan partiyalara münasibətiniz necədir?

-Gəlməyən partiyalar deyirlər ki, uyğun zamanda, münasib şərtlərlə dialoqa getməyə hazırdırlar. Sual olunur ki, nə üçün bu şəraiti həmin partiyalar müəyyən etməlidirlər? Biz hamımız birgə müzakirə əsasında şərtləri müəyyən etməliyik. Beləçıxır ki, keçmişdə onlar dialoq şəraitində olublar, iqtidarın parlamentində də oturublar deyə diktə etməlidirlər. Bu doğru deyil. Ölkədə problem varsa, onu birlikdə həll etməliyik. Ümumiyyətlə, dialoqdan qaçmaq heç bir prosesə uyğun deyil.

-Görüşün qapalı hissəsində nələri müzakirə etdiz?

-Görüşdə əsas mövzu iqtidar tərəfindən təklif olunan Birinci Avropa Oyunları idi. Bu barədə hər iki tərəf çox müsbət fikirlər söylədi. Cari məsələlərin müzakirəsi zamanı da hər kəs öz fikirini bildirdi. Bu zaman da çox ciddi məsələlər müzakirə edildi. Bildirdik ki, xarici təsirlər deyil, daxildə razılaşma əsasında bir qrup dustaqları azadlığa buraxmaq olar. Radikal müxalifət gəlib görüşə bundan artığını deməyəcəkdi ki. Eyni zamanda partiyaların qərargahlarla təmini, maliyyələşdirilməsi məsələləri də müzakirəyə çıxarıldı. Partiya sədrlərinin dövlət protokollarında, o cümlədən Avropa Oyunlarının açılış mərasimində iştirakı məsələləri təklif olundu və buna da iqtidar tərəfi hörmətlə yanaşdı. Hesab edirəm ki, sosial bazasını itirən müxalifət bu görüşlər sayəsində özünü bərpa etmək üçün bir şans qazanır.

-Növbəti görüşə sizə dəvət göndərilməsini gözləyirsiz?

-Yəqin ki, çağıracaqlar. Hesab edirəm ki, iqtidar-müxalifət görüşü siyasi partiyaların məclisi adlansa daha yaxşı olar. Bütün partiyalar orada iştirak edərlər.

Geri qayıt