Əsas Səhifə > Partiya, Güney Press > "Saxta yolla sənəd alanlar ola bilər ki, kiməsə pul verib, amma bunun bizə aidiyyəti yoxdur"
"Saxta yolla sənəd alanlar ola bilər ki, kiməsə pul verib, amma bunun bizə aidiyyəti yoxdur"4-06-2015, 11:57 |
“Təbii ki, saxta yolla sənəd alanlar, ola bilər ki, kiməsə pul veriblər. Ancaq bunun Müsavat Partiyasına və onun rəhbərliyinə heç bir aidiyyatı yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, Elnur Mirzəyev adlı şəxs özünü Müsavat Partiyasının üzvü kimi təqdim edərək saxta yolla xaricdə oturum almaq üçün sənəd düzəltdirib: “Onun saxtakarlığı üzə çıxıb. Açıq şəkildə görünür ki, nə istifadə olunan xüsusi blank partiyanın hazırda istifadə etdiyi blankdır, nə də vurulan möhür partiyanın möhürüdür. İmza da mənim imzam deyil, bunlar saxtalaşdırılıb. Bunu kim saxtalaşdırıb, bu, artıq mənim məsələm deyil. Elnur Mirzəyev adlı şəxsi mən heç vaxt görməmişəm və o adamla ancaq sosial şəbəkə vasitəsilə danışmışam. Müsavatçı olduğunu iddia edib, mən də onun hansı rayon təşkilatından olduğunu soruşmuşam. Məlum olub ki, o, hansı rayon təşkilatından olduğunu da bilmir”. G. Aslanlının sözlərinə görə, Müsavatda mühacir statusu almaq məqsədilə partiya biletinin satılması barədə fikirlər böhtandır: “Bunların heç bir əsası yoxdur, Müsavat Partiyasında belə hal olmayıb. Yalnız bir neçə belə saxta sənəd ortaya çıxıb və hər dəfə də biz onun saxtalığını müəyyənləşdirmişik”. Geri qayıt |