Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyə erkən seçkilərə gedəcək”

“Türkiyə erkən seçkilərə gedəcək”


9-06-2015, 10:51
“Türkiyə erkən seçkilərə gedəcək”
“Türkiyədə keçirilən seçkilərdə bariyeri aşaraq parlamentdə təmsil olunma haqqı qazanan Xalqların Demokratik Partiyasının (HDP) Türkiyə-Ermənistan sərhədlərinin açılması və qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı verdikləri bəyanatlar onların heç də səmimi niyyətlərindən irəli gəlmir”.

Bu fikirləri AzVison.az-a açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib.

Millət vəkili qeyd edib ki, kürdlər belə bəyanatlarla daha çox demokratikliyə, demokratik dünyanı yanlarına almaq üçün səy göstərirlər: “Ona görə də bu tip təkliflər olacaq. Bunlar üzdə olan təkliflərdir. Yəni, onların əsl niyyətləri deyil.

Hesab edirəm ki, onların əsl niyyəti Türkiyənin fedarasiyalaşması, yaxud da kürd dövlətinin yaradılmasıdır. Bariyeri aşıb parlamentə düşdüklərindən belə demokratik təkliflər irəli sürməklə çalışırlar ki, dünya arxalarında dursun və kürdlərin demokratik obrazı formalaşsın. Türkiyənin isə daha pis demokratiyaya, açılıma malik olduqlarını sübut etsinlər və öz niyyətlərini həyata keçirsinlər. Ona görə də kürdlərin belə bəyanatları səmimi niyyətlərindən irəli gəlmir”.

İ.Ağazadə hesab edir ki, Türkiyə erkən seçkilərə gedəcək: “Hələ bilmək olmaz ki, seçilən parlament qalacaq, ya yox. Bu gün baxanda belə proqnoz verərdim ki, Türkiyə erkən seçkilərə gedəcək. Yəni, 45 gün ərzində hökumətin formalaşacağına inanmıram”.

Geri qayıt