Əsas Səhifə > Partiya, Güney Press > "Sırf şəxsi maraqlarını önə çəkərək xalqın mənafeyini satanların bir adı var - XAİNLƏR"
"Sırf şəxsi maraqlarını önə çəkərək xalqın mənafeyini satanların bir adı var - XAİNLƏR"10-06-2015, 09:17 |
Moderator.az Azərbaycan Kommunistləri Və Sosialistlərinin bəyanatını təqdim edir: "Avropa oyunlarının başlanmasına az vaxt qalmışdır. Bu oyunların ilk dəfə olaraq bizim ölkədə keçirilməsi hər bir Azərbaycan vətəndaşının fəxr duyduğu bir hadisədir. Avropa Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan idmançılarının orada yüksək nəticələr əldə edəcəklərinə inanırıq. Lakin özlərini “demokratik müxalifət” adlandıran siyasətbazların bu oyunları boykot etməyə çağırışları bir daha onu göstərir ki. onlar Azərbaycana və Azərbaycan xalqına yox, Qərbdəki ağalarına xidmət edir, onların sifarişlərini yerinə yetirirlər. Bu cür hərəkətləri səciyyələndirmək heç də çətin iş deyil. Sırf şəxsi maraqlarını önə çəkərək xalqın mənafeyini satanların bir adı var - XAİNLƏR! Azərbaycan kommunistləri və sosialistləri olaraq, biz Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində xidməti olan hər kəsə minnətdarlığımızı bildiririk və idmançılarımıza yüksək nəticələr arzu edirik! Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin sədri Gülnisə Məhsimova Azərbaycan Mütərəqqi Sosialist partiyasının sədri Rüstəm Şahsuvarov " Geri qayıt |