Əsas Səhifə > Partiya, Güney Press > “Rüstəm İbrahimbəyovun maskası yırtılıb”
“Rüstəm İbrahimbəyovun maskası yırtılıb”24-06-2015, 10:57 |
“Rüstəm İbrahimbəyovun erməniləri mədh edən daha bir açıqlaması göstərir ki, bu şəxs konkret olaraq erməniləri tərifləmək missiyasını üzərinə götürüb”. Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun maskası yırtılıb: “Ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər. Bir milyondan artıq vətəndaşımızı öz doğma yurd-yuvalarından didərgin salıblar. Xocalıda misli görünməmiş vəhşiliyə imza atıblar. Necə ola bilər ki, ölkəmizə qarşı düşmən mövqedə olan bir xalqı mədh edəsən və bunun açıq şəkildə dilinə gətirəsən?! Görünür Rüstəm İbrahimbəyov hansısa dairələrin qarşısında bununla bağlı öhdəlik götürüb. Onun vaxtaşırı olaraq belə bir açıqlama ilə gündəmə gəlməsi bunun əyani sübutudur”. “Rüstəm İbrahimbəyovun mövqeyi həm də Milli Şuranın mövqeyidir” deyən Tahir Kərimli bildirdi ki, yarandığı gündən bur qurum sifariş icra etməklə məşğul olub: “O yerdə ki, dövlətçilik maraqları arxa, şəxsi maraqlar ön plana keçir, həmin yerdə birlik və uğur ola bilməz. Milli Şura yarandığı dövrdən bugünə qədər müxtəlif beynəlxalq dairələrin sifariş və təlimatı ilə fəaliyyət göstərib. Qurumda təmsil olunan Rüstəm İbrahimbəyov və Əkrəm Əylislinin erməniləri mədh edən açıqlamaları göstərir ki, bu qüvvələr hətta düşmənə belə boyun əyməyə hazırdılar”. Geri qayıt |