Əsas Səhifə > Partiya, Güney Press > "Yəqin ki, Dövlət Departamentinin nümayəndələri Azərbaycanda olsaydılar, tamam başqa fikrə gələrdilər"
"Yəqin ki, Dövlət Departamentinin nümayəndələri Azərbaycanda olsaydılar, tamam başqa fikrə gələrdilər"26-06-2015, 10:24 |
"ABŞ Dövlət Departamentinin illik hesabatı obyektiv mənbələr hesabına hazırlanmayıb. Real vəziyyətə qiymət verən, gedən prosesləri obyektiv işıqlandıran mənbələr bu hesabatın tərtibatçılarının diqqətindən kənarda qalıb". Bunu Trend-ə ABŞ Dövlət Departamentinin 2014-cü ilin yekunlarına dair illik hesabatında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidləri şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə deyib ki, bu gün Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham edilməsinin özü kökündən düzgün deyil: "Azərbaycanda insan hüquqları qanunlarla təsbit edilir. Azərbaycanda söz, mətbuat, sərbəst siyasi faəliyyət azadlığı var. Azərbaycan açıq cəmiyyətdir. Ölkədə qanunla qadağan edilən ideologiyalardan başqa, istənilən digər ideologiyanı sərbəst şəkildə tətbiq etmək mümkündür. Azərbaycanda QHT-lərin geniş şəbəkəsi fəaliyyət göstərir. Azərbaycanda hakimiyyəti açıq şəkildə tənqid etmək mümkündür. Bütün bunlardan sonra Azərbaycanı insan haqlarınmın pozulmasında ittiham etmək üçün heç bir əsas yoxdur. Bir neçə nəfərin qanunu pozan şəxslərin müdafiəsinə qalxaraq ona görə bütün cəmiyyətə və reallığa bu cür qiymət verməsinin özü ədalətsizlikdir. Yəqin ki, Dövlət Departamentinin nümayəndələri Azərbaycanda olsaydılar, tamam başqa fikrə gələrdilər". YAP rəsmisi təəssüf edir ki, son dövlər sanki bir mərkəzdən idarə olunan kimi Azərbaycanın üzərinə insan hüquqlarının pozulması ittihamı ilə səlim yürüşü başlayıb: "Gah Avropa Parlamentində, gah Dövlət Departamentində eyni bir dəsti xətti ilə, eyni bir məsələyə toxunmağa çalışırlar. Azərbaycanda olarkən və reallıqla tanış olarkən onların bəyanatları fərqli olur. Görünür, Azərbaycanın müstəqil siyasəti, öz milli maraqlarını ciddi qəbul etməsi kimlərisə narahat edir. Belə tənqidlər heç bir zaman Azərbaycanı tutduğu demokratiya və insan haqları yolundan çəkindirə bilməyəcək". Geri qayıt |