Əsas Səhifə > Partiya, Güney Press > "Əli Kərimlinin Milli təhlükəsizliyimiz haqqında danışmağa haqqı çatmır"
"Əli Kərimlinin Milli təhlükəsizliyimiz haqqında danışmağa haqqı çatmır"6-07-2015, 09:25 |
Son günlər radikal müxalifət mətbuatında iqtidara qarşı qarayaxma kampaniyası fəal fazaya keçibdir. Bunun əsas qaynağı, ruhlandırıcı mənbəyi isə xaricdə fəailiyyət göstərən, erməni diasporasının təsiri altında olan bəzi anti-Azərbaycan yönümlü qüvvələrdir. Belə ki, Azərbaycanda 1-ci Avropa Oyunlarının uğurla başa çatmasını həzm edə bilməyən bəzi xarici və daxili qüvvələr var gücləri ilə çalışırlar ki, əldə etdiyimiz beynəlxalq uğura kölgə salsınlar. Bunun üçün bütün vasitələrdən, böhtan, şantaj, insanlar arasında xof yaratmaqdan belə çəkinmirlər. Bununlada onlar guya cəmiyyətdən mövqe əldə etməyə çalışırlar. Halbu ki, onlar Azərbaycanın siyasi mühitindən çoxdan siliniblər. Və xalq arasında heç bir siyasi çəkiyə malik deyillər. İyulun 4-də AXCP sədri Əli Kərimli özünün Facebook səhfəsində “Bu hökumət milli təhlükəsizliyimizədə təhdiddir”başlıqlı məqalə ilə çıxış edibdir. Mən uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışmış peşəkar bir zabit kimi bu fikrə münasibət bildirməyi özümə borc bildim. İlk öncə onu qeyd edim ki, vətənə xəyanət maddəsi ilə təqsirləndirən şəxslərin müdafiəsinə qalxanbir partiyanın rəhbərinin bu cür fikir bildirməsini təbiiqarşılamaq lazımdır. Əli Kərimlidən bundan başqa bir mövqe tutacağını düşünmək sadəlövlük olardı. Çünkü o, erməni diasporasının təsiri altında olan bəzi Beynəlxalq təşkilatlardan aldığı pulların əvəzini bu cür əməlləri ilə ödəməlidir. Bununla yanaşı Azərbaycana qarşı qarayaxma kompaniyaları təşkil edən, bəzi xarici xüsusi xidmət orqanları tərəfindən Milli Təhlükəsizliyimizə təhdid hesab olunan məkirli planlara Əli Kərimli kimi “siyasilər” fəailiyyyət göstərdikləri illər ərzində bir dəfə də olsun münasibət bildirməyiblər. Və bildirmək fikirləridə yoxdur. Əksinə düşmən dəyirmanına su tökməkdə davam edəcəklər. Ona görədə Əli Kərimlinin Azərbaycanın Milli təhlükəsizliyi ilə bağlı fikir bildirməyə heç bir haqqı çatmır. Ehtiyatda olan polkovnik Əbülfəz Əliyev Geri qayıt |