Əsas Səhifə > Partiya, Güney Press > Başqan müavini müsavatçı jurnalisti məhkəməyə verir

Başqan müavini müsavatçı jurnalisti məhkəməyə verir


6-07-2015, 14:21
Başqan müavini müsavatçı jurnalisti məhkəməyə verir
Müsavat Partiyası Bakı şəhər Polis İdarəsinə və Belçikanın Azərbaycandakı səfirliyinə müraciət edəcək.

Bunu Modern.az saytına partiyanın vəkili Nemət Kərimli deyib.

Onun sözlərinə görə, hər iki məsələ ilə bağlı artıq bütün sənədlər hazırlanıb:

“Elnur Mirzəyevin Belçikaya siyasi mühacir getmək üçün saxtalaşdırılmış sənədlərdən istifadəsi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcəyik.

Eyni zamanda, sənədlərin saxtalaşması ilə bağlı isə Bakı şəhər Polis İdarəsinə də müraciət ediləcək. Sənədlərin kimin hazırlayıb, kimin verdiyini bilmək istəyirik. Sənədlərin araşdırılması da tələb olunacaq”.

Belçikada yaşayan Elnur Mirzəyev mühacir statusu almaq məqsədilə Müsavat Partiyasına 1800 manat verərək saxta vəsiqə aldığını iddia edir.

Nemət Kərimli onu da qeyd edib ki, Müsavat başqanının müavini Gülağa Aslanlı hazırda mühacir həyatı yaşayan jurnalist Elbəyi Həsənlini məhkəməyə verəcək:

“Elbəyi Həsənli müxtəlif şəxslərə şər-böhtan atıb. Konkret olaraq həmin şəxslərdən biri olan Gülağa Aslanlı öz şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edəcək. Artıq müraciət də hazırdır. Müraciətin nə vaxt verilməsi ilə bağlı müəyyən fikir mübadiləsi ediləcək. Bu səbəbdən müraciət hələ də verilməyib. Amma yaxın zamanda hər üç müraciət təqdim olunacaq”.

Geri qayıt