Əsas Səhifə > Partiya, Güney Press > Tiflis olayının arxasında ermənilər durur?
Tiflis olayının arxasında ermənilər durur?7-07-2015, 09:43 |
Gürcüstandakı Azərbaycan əleyhinə təbliğatla bağlı müxtəlif versiyalar yürütmək mümkündür. Bu barədə Axar.az-a açıqlamasında bir neçə gün öncə Tiflisdə Azərbaycan bayrağının gürcülər tərəfindən təhqir olunması ilə bağlı danışarkən millət vəkili Fazil Mustafa bildirib. Deputat Gürcüstanda bu işi gürcü familiyası altında edə biləcək çox sayda erməninin olduğunu deyib: “Bu işin arxasında bütövlükdə dövlət qurumlarının olduğunu ehtimal etmək olmaz. Çünki hazırkı şərtlərdə və xüsusilə də böyük prinsipial əhəmiyyət daşımayan bir oyuna görə belə bir addımın atılması inandırıcı görünmür. Eyni zamanda təxribatın öncədən planlaşdırıldığını düşünmürəm. Hər halda bu xoşagəlməz hadisə bizə dərs olmalıdır və bundan sonra Azərbaycana kimin necə münasibət bəslədiyini bilməliyik. Hesab edirəm ki, sözügedən məsələyə, görünür, Gürcüstanda olan ab-hava da öz təsirini göstərib. Yəni müəyyən dərəcədə hazırda Azərbaycan əleyhinə mühit mövcuddur. Bunun ortadan qaldırılması üçün Azərbaycan tərəfi müəyyən addımlar atmalıdır. Bakı rəsmi Tiflisə məsələnin araşdırılması, bayrağımızın təhqir edilməsi, eyni zamanda, yersiz ərazi iddiaları səsləndirən təşkilatçıların tezliklə üzə çıxarılması istiqamətində siyasi mesaj və bu yöndə təzyiqlərini göstərməlidir”. Qeyd edək ki, iyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan “Dinamo” – “Qəbələ” oyununda insident yaşanıb. Özlərini milliyyətçi adlandıran bir qrup gürcü vətəndaşı Azərbaycan və “Qəbələ” futbol klubuna aid bayrağı ayaqlar altına ataraq tapdayıblar. Məsələ sadəcə bununla bitməyib. Gürcülər ermənisayağı ərazi iddiası da səsləndiriblər. Geri qayıt |