Əsas Səhifə > Partiya, Güney Press > Müsavatçı gənclər Arif Hacılını saymır
Müsavatçı gənclər Arif Hacılını saymır7-07-2015, 09:45 |
“Müsavat Partiyasının son qurultayından narazı qalan müsavatçıların əksəriyyəti növbəti parlament seçkilərinə fərdi şəkildə qatılacaq”. Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyasının keçmiş divan üzvü Tural Abbaslı deyib. O, parlament seçkisinə bir qrup narazı gənclə birlikdə qatılacağını bildirib. “Biz bu barədə partiyaya məlumat vermişik. Qərarımız partiyanın nizamnaməsinə heç bir ziddiyyət təşkil etmir. Ola bilər bəzi şəxslər buna qarşı çıxsınlar. Amma, bu bizi qətiyyən maraqlandırmır. Çünki seçkiyə qatılmaqda qərarlıyıq”. “Müsavat seçkiyə təkbaşına qatılaraq uğur əldə edə bilərmi” sualına isə T. Abbaslının cavabı belə olub: “Müsavat Partiyası sonuncu məclisində parlament seçkilərinə təkbaşına qatılmaq barədə qərar verib. Ancaq, hesab edirəm ki, qurultaydan sonra partiyanın düşdüyü vəziyyət imkan vermir ki, 125 dairənin hamısında layiqli, güclü namizədlərlə təmsil olunsun. Nəinki təmsil olunsun, hətta namizədlərin seçki kampaniyasınını təşkil etsin. Hesab edirəm ki, partiya seçkilərə təkbaşına qatılacaq gücdə deyil. Partiyanın problemdən yeganə çıxış yolu seçkiyə digər siyasi partiyalarla blok şəklində qatılmasıdır. Amma, təəssüf ki, bu gün partiyanın rəhbərliyində bu manevrləri edə biləcək insanlar azdır. Çünki, Müsavat Partiyasının rəhbərliyində siyasi təcrübəsi az olan insanlar təmsil olunur. Ona görə də istəsələr belə belə bir bloku yarada biləcəklərinə şübhə edirəm”, - deyə keçmiş divan üzvü vurğulayıb. Geri qayıt |