Əsas Səhifə > Partiya, Güney Press > “Prezident 5-ci kolon deyəndə Qərbin burdakı “əlaltı”larını nəzərdə tutub”

“Prezident 5-ci kolon deyəndə Qərbin burdakı “əlaltı”larını nəzərdə tutub”


15-07-2015, 12:44
“Prezident 5-ci kolon deyəndə Qərbin burdakı “əlaltı”larını nəzərdə tutub”
Xəbər verdiyimiz kimi ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin növbəti iclasını keçirib. Prezident çıxışı zamanı son zamanı ölkəmizdə qarşıdurma yaratmaq istəyən “5-ci kolon” haqda fikirlər səsləndirib. Maraqlıdır, 5-ci kolon deyilən qüvvələr bəs kimdir? Politoloq Natiq Miri Moderator.az-a açıqlama verərək prezidentin fikirlərinə şərh verib:

“Prezidentin çıxışında əsas tənqid olunan obyekt Qərb dünyasıydı. ABŞ başda olmaqla Avropa birliyi ittiham olunurdu. 5ci-ci kolon deyəndə də Qərbin burdakı əlaltılarını nəzərdə tuturdu. Onların bir çoxu hazırda həbsdədir, ancaq mən əlaltı deməzdim, Qərbə inteqrasiya tərəfdarları desək, daha doğru olardı. Bizim hakimiyyətdə ənənəvi olaraq sərt ritorika yalnız Qərb üçün səsləndirilir, çünki Qərb dünyası demokratik və daha tolerant olduqları üçün bu cür sərt ritorikaya o qədər də həssas yanaşmırlar. Amma fikir verirsininzsə, Azərbaycanın fundamental problemlərinin Rusiyayla bağlı olmasına rəğmən Şimal qonşumuz açıq tənqid atəşinə tutulmur, baxmayaraq ki, Qarabağ problimini Rusiya yaradıb və bu günədək də həllinə imkan vermir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda ən güclü 5-ci kolon elə məhz Rusiyayönlüdür. Bunlar həm hakimiyyətin içində var, həm də cəmiyyətin müxtəlif sferalarında. Amma gördüyünüz kimi, onlar ittiham obyektinə çevrilmədilər.”

Geri qayıt