Əsas Səhifə > Partiya, Güney Press > Deputat katibi işdən çıxarmasından danışdı
Deputat katibi işdən çıxarmasından danışdı20-07-2015, 09:58 |
"Qabilyyətli və təmiz bir gənc olduguna görə onu bu işə dəvət etdim. Ona dövlətçiliyimizlə, Azərbaycanla baglı fikirlərimi də bildirmişdim”. dia-az.life xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı partiyanın mətbuat katibi Ayşən Ayxanı vəzifəsindən azad etməsi səbəbi ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Millət vəkili bildirib ki, yazılanlar dogrudur: ""Feysbuk" profilinə Almaniyanın hansısa bir abidəsi və üstündə də bu ölkənin bayrağını qoymusdu. Bu səbəblə də ona zəng vurub dedim ki, sənə Azərbaycanın bayrağı lazımdı, yoxsa Almaniyanın? Soruşdu ki, nə mənada? Dedim, bütün mənalarda. Niyə Almaniyanın bayrağını qoymusan? Bu sualıma belə cavab verdi: "Almaniya mənim ölkəmdir”". F.Ağamalı bildirib ki, bu cavabı aldıqdan sonra siyasi fəaliyyətin artıq bu insanın təfəkkürünə uyğun gəlmədiyi barədə qərar verib: "Bu cavabdan sonra qərara gəldim ki, siyasət artıq onluq deyil. Çünki belə bir şey normal qəbul edilə bilməz və o, bu səbəblə də işdən azad olunub. Onun hüquqları da pozulmayıb, maaşı da verilib. Bizim partiyanın söykəndiyi təməl prinsipləri var və təbii ki, belə biri bizim partiyada işləyə bilməz. Azərbaycanın bayrağını uca tutan və dövlətçiliyimizə xidmət göstərən hər bir insan mənim üçün əzizdir. Hər zaman da yanımda belələrinin çalışmasını istəyirəm. Bu bayrağı yüksəltmək üçün minlərlə səhid qanı axıb, o şəhidlərin içində bir alman varmı? Almaniyanı öz ölkəsi bilirsə, bu, artıq onun seçimidir. Mənim də seçimim odur ki, bu düsüncədə biri Ana Vətən partiyasında işləyə bilməz. Əks təqdirdə onun işdə saxlanılması söykəndiyimiz dəyər və prinsiplərə xəyanət olardı”. Xatırladaq ki, dünən AVP-nın mətbuat katibi Ayşən Ayxan işdən azad olunub. O, işdən azad olunmasına səbəb kimi "Facebook" profilində Almaniyanın bayrağını yerləşdirməsini göstərib və təcili iş axtardığını deyib. Geri qayıt |