Əsas Səhifə > Partiya, Güney Press > "Eldəniz Quliyevin naturasında gədəlik var..."
"Eldəniz Quliyevin naturasında gədəlik var..."21-07-2015, 10:01 |
Milli Şuranın üzvü, EL hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev facebook.com sosial şəbəkəsində BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə bağlı yazdığı təhqir status qarşı tərəfin də sərt reaksıyasına səbəb olub. Niyaməddin Orduxanlı Eldəniz Quliyevi gədə adlandırıb: ”Eldəniz Quliyevin naturasında gədəlik var! Baxın, bu adamlar Cəmil Həsənlinin, Əli Kərimlinin ətrafında olanlardı. Milli Şuranı təmsil edirlər. Adı təribiyələri belə yoxdur. Bu “tərbiyə” ilə hələ ziyalılıqdan, demokratıyadan danışırlar. Hakimiyyətə iddia edirlər. Görünür, mənim Cəmil Həsənlinin mərhum prezident Heydər Əliyevlə indiki prezident İlham Əliyev haqqında tərif dolu yazdığı kitabları facebook sosial şəbəkəsində yaydığıma görə, Cəmil Həsənli ilə Əli Kərimli ciddi narahat olmağa başlayıblar. Və onlar da bu küçə adamı olan Eldəniz Quliyevi qabağa verib, yazı yazdırırlar. Bilirsiniz ki, məhkəmənin qərarı ilə Eldəniz Quliyev bir neçə gün küçə süpürməlidir və hər gün də gedib şəhərin mərkəzi küçələrini süpürür. Yəqin küçə süpürən zaman zibillikdə it - küçüklə çox ünsiyyətdə olduğundan onların xasiyyətini mənimsəyib. Bu da dönüb olub qoca köpək. Ona görə də normal cavab vermək əvəzinə bu cür hürməklə məşğul olur. Eldəniz Quliyev üstümə hürdürən Cəmil Həsənli buna söz verdiyi hollivuddur. Ancaq hələ də qovva həpənnd qanmır ki, bu səviyyə ilə Biləcəridən o tərəfə keçə bilməz. Bu günə kimi heç kim deyə bilməz ki, mən kimisə təhqir etmişəm. Yalnız faktlar qeyd etmişəm, təhqirsiz. İnsanı təhqir etmək acız və axmaq adamların işidir. Cəmil Həsənli də, Əli Kərimli də fakta cavab vermək əvəzinə həmişə təhqirə əl atır, gədə - güdəni qabağa verirlər. Cəmil Həsənli, çıxın cavab verin ki, bu kitabı mən yazmamışam və bu fakt yalandır. Bütün bunlar mən deputat olduğum zaman baş verməyib. Mən böhtan atmıram. Cəmil Həsənli deputat olduğu dövrdə , 2009-cu ildə bu kitabı yazıb! Cəmil Həsənli deputat olduğu 10 ildə hər il dekabrın 12-də Fəxri Xiyabana gedib mərhum Heydər Əliyevin məzarı qarşısında baş əyib! Cəmil Həsənli deputat olanda bu kitabı qoltuğuna vurub nazirlərin, komitə sədrlərinin qəbul otağında boynunu büküb otururdu ki, bu kitabı onlara bağışlasın! Və yaxud da Əli Kərimli 2003 - cü ilə qədər bu hakimiyyətlə əməkdaşlıq edib! Əli Kərimli xəyanətinə görə hakmiyətdən qovulub! Bütün bunların hamısı HƏQİQƏTDIR! Ona görə də bu adamlar cavab vermək əvəzinə söyüşə əl atırlar.” Xatırladaq ki, Eldəniz Quliyev yazdığı bir statusda Niyaməddin Orduxanlını ağır ifadələrlə təhqir edib. Onun "Susma" qrupunda BAXCP sədrinin müavini haqqında yazdığı statusu da təqdim edirik: Geri qayıt |