Əsas Səhifə > Partiya, Güney Press > "Əks təqdirdə partiyanın siyasi səhnədən çıxması ilə bağlı tarixi məsuliyyət onun üzərində qalacaq”

"Əks təqdirdə partiyanın siyasi səhnədən çıxması ilə bağlı tarixi məsuliyyət onun üzərində qalacaq”


22-07-2015, 10:37
"Əks təqdirdə partiyanın siyasi səhnədən çıxması ilə bağlı tarixi məsuliyyət onun üzərində qalacaq”
Müsavat Partiyasınən sədri Arif Hacılı təşkilatın üzləşdiyi böhrandan çıxış yolu və istefaların qarşısını almaq məqsədi ilə ciddi addımlar atmalıdır, əks təqdirdə bu tarixi məsuliyyət onun üzərində qalacaq.

Bunu açıqlamasında partiya başqanlığına sabiq namziəd Tural Abbaslı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiya sıralarından istefasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Müsavat Partiyası 2014 - cü ildə keçirilən sonuncu qurultayından xeyli zəifləyib.

“Partiyanın yeni seçilən başqanı Arif Hacılı təşkilatın nəinki gücləndirilməsi, möhkəmlənməsi istiqamətində addımlar atdı, əksinə, partiyanın zəifləyərək parçalanmasına, davamlı istefalara şərait yaratdı. Belə ki, o sədr seçilən kimi partiyadakı qrupunun mövqelərinin möhkəmlənməsi istiqamətində addımlar atdı ki, bu da təbii olaraq Müsavat kimi bir demokratik partiyada qəbul olunan hal deyildi. Və bu öz mənfi təsirini göstərdi. Çünki bura toplaşanlar şəxsin ətrafına deyil, ideya ətrafına toplaşan insalar idi və ölkə ictimaiyyətində xeyli nüfuza malik idilər. Məhz yeni sədrin öz korporativ maraqlarını güdməsi və təşkilat daxilində öz qrupunun üzvlərinin səlahiyyətlərini artırması partiyada təsirsiz ötüşmədi. Nəticədə ölkə ictimaiyyətində xeyli nüfuza malik şəxslər istefa verdi və bu proses bu gün də davam etməkdədir. Elə son hadisə Azərbaycan cəmiyyətində öz yeri, nüfuzu və ilk sıralarında yer alan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da istefası bu qəbildəndir və bu, partiya üçün çox böyük itkidir. Bu təbii ki, partiyanın zəifləməsinə öz təsirini göstərəcək. Və kimsə belə düşünmür, o yanılır. Hər bir istefa özü də seçkiöncəsi partiyanın imicinə ziddi zərbə vurur. Bu baxımdan mən R. Arifoğlunun istefasının böyük itki hesab edirəm”, - deyə T. Abbaslı vurğuladı.

T. Abbaslı hesab edir ki, partiya başqanı A. Hacılı istefa verənlərin geri qaytıması üçün ciddi tədbirlər planı hazırlamalıdır:

“Lazım gələrsə kompromisə getməli, güzəştlər planı hazırlamalıdır. Daha bunlara sıradan olan istefalar və yaxud bunun partiyaya təsir ötüşəcəyi kimi yanaşamaq yanlışlıqdır. Çünki gələcəkdə də belə istefalar istisna deyil, Odur ki, qabaqlayıcı tədbirlər görülməli və gedənlərin qarşısı alınmalıdır. Bir daha deyirəm, ələlxüsus da seçkiöncəsi bir vaxtda.”

T. Abbaslı bildirdi ki, proses belə davam edərsə Müsavatın seçikdə hər hansı uğurundan danışmaq olmaz:
“Hazırki durum bir daha göstərir ki, ölkədə elə bir partiya, başda Müsavat olmaqla tapa bilməzsən o parlament seçkilərində 125 seçki dairəsindən namziəd irəli sürə bilsin. Bu partiyaların buna nə bu qədər namizədi, nə də potensialı var. Amma Müsavat Partiyasında fəxrlə bəyan edirlər ki, onlar artıq 70 seçki dairəsindən namizədini bəlli ediblər. Ancaq nəzərə almırlar ki, onlar hakimiyyətlə 125 seçki dairəsində mübarizə aparacaq. Hansı ki, müəyyən olunan namizədlərin də demək olar ki, böyük əksəriyyəti Bakı və Abşerondakı seçki dairələri üzrədir. Deməli Müsavat regionlarda 25-dək namziədlə təmsil olunacaq ki, onların da hansı nüfuza sahib olması bəlli deyil. Bir daha təkrar edirəm ki, Müsavat başqanı Arif Hacılı təcili olaraq partiyanın üzləşdiyi böhrandan çıxış yolu aramalıdır, əks təqdirdə partiyanın siyasi səhnədən çıxması ilə bağlı tarixi məsuliyyət onun üzərində qalacaq”, - deyə o vurğuladı.
Mənbə : Moderator.az

Geri qayıt