Əsas Səhifə > Partiya, Güney Press > Rauf Arifoğlu YAP-a keçə bilər?

Rauf Arifoğlu YAP-a keçə bilər?


25-07-2015, 10:14
Rauf Arifoğlu YAP-a keçə bilər?
Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ətrafında baş verən qalmaqala münasibət bildirib.

AzVision.az-a açıqlamasında YAP rəsmisi Rauf Arifoğlunun ölkə başçısı tərəfindən mətbuatdakı xidmətlərinə görə, təltif edildiyi bildirib: “Bu günlər müxalifət dairələrində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna “Əməkdar jurnalist” fəxri adının verilməsi ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra şəxslər bunu onun siyasi mövqeyini dəyişməsi kimi qiymət verir, hətta ona bu addan imtina etməyi məsləhət bilənlər də tapıldı. Hesab edirəm ki, bütün bunlar “məsləhətçilərin” dövlətə müxalifətçiliklə, siyasətə müxalifətçilk prinsiplərini qəsdən qarışdırmalarından irəli gəlir. Baş redaktora verilən fəxri ad onun vətəndaşı olduğu dövləti tərəfindən mətbuatdakı xidmətlərinə görə verilib, siyasi fəaliyyətinə görə yox”.

A.Mirzəzadə hesab edir ki, hüquqi dövlət olan Azərbaycan üçün əsas olan onun vətəndaşının xidmətləridir.

“Bu baxımdan dövlət üçün mətbuat iqtidar və ya müxalifət mətbuatı yox, ümumən mətbuatdır. Kimlərinsə Rauf Arifoğlu ilə siyasi ixtilafları, kimin daha çox demokrat olması mübahisəsinin isə dövlətə heç bir aidiyyatı yoxudur”.

Müsavatdan istefa veren R. Arifoğlunun YAP-a üzv olmaqla bağlı müraciət edərsə, hakim partiya buna necə reaksiya verəcək? sualına isə A.Mirzəzadə belə cavab verib: “Rauf Arifoğlunun hansı siyasi prinsipləri əsas götürəcəyi onun şəxsi seçimidir”.

Geri qayıt