Əsas Səhifə > Partiya, Güney Press > “Almaniya PPK-nı silahlandırır”

“Almaniya PPK-nı silahlandırır”


28-07-2015, 12:05
“Almaniya PPK-nı silahlandırır”
Azərbaycan Türkiyəyə hər cür formad yardım edə bilər
Türkiyədə son günlər baş verən hadisələr Azərbaycada marqla izlənməkdədir. Qardaş ölkənin hazırkı aqibəti necə olacaq? Azərbaycan Türkiyəyə hazırkı dönəmdə necə dəstək verə bilər? Moderator.az-a açıqlama verən millət vəkili Zahid Oruc Türkiyədəki son durumu şərh edib:
“Türkiyənin regionda güclənən nüfuzu hazırda Qərb dairələrini narahat etməkdədir. Qərb İŞİD-lə mübarizə adı altında peşmergəyə silah göndərir, bu silahlar isə Türkiyəyə qarşı istifadə olunur. Almaniya açıq formada PKK-nı silahlandırmaqdadır. Ərdoğanın apardığı siyasəti Türkiyənin regionda nüfuzunu gücləndirib.
Ərdoğan Türkiyənin regionda olan nüfuzundan istifadə edərək Misirdə xalq tərəfindən seçilən Mursiyə dəstək oldu. Keçmiş prezident Hüsnü Mübarəkin generalı Sisi güc tətbiq edərək Misirdə xalq tərəfindən seçilmiş prezidenti devirdi. Hazırda Türkiyəni bataqlığa salmağa cəhd edirlər. Qardaş ölkəyə qarşı İŞİD və Suriyadan olan təhlükə ilə yanaşı, ölkəyə yüz mindən çox qaçqın da daxil olub, bu da ölkə üçün böyük təhlükə hesab olunur.
Azərbaycanın Türkiyəyə yardım etməsi məsələsinə gəldikdə isə 2011-ci ildə Azərbaycanın və Türkiyə arasında bağlanmış müqailəyə görə, ölkəmiz Türkiyəyə hər cür yardım edə bilrə. Biz qarşılıqlı yardım haqda müqaviləyə imza atmışıq.”

Geri qayıt