Əsas Səhifə > Partiya, Güney Press > "Əli Kərimli az qala korrektorunun da özü olduğu media orqanı vasitəsilə hakimiyyəti təhdid edəcəyinə, ortalığa çıxsın"
"Əli Kərimli az qala korrektorunun da özü olduğu media orqanı vasitəsilə hakimiyyəti təhdid edəcəyinə, ortalığa çıxsın"28-07-2015, 16:11 |
“Əli Kərimli az qala korrektorunun da özü olduğu media orqanı vasitəsilə hakimiyyəti təhdid edəcəyinə, ortalığa çıxsın. Çıxsın görək nə xəbər var, desin görək harada gizlənib, “facebook”dakı “like” yığımı nə səviyyədədir, təzəlikcə hansı səfirliyin, hansı donorun, hansı qrant monopolistinin qılığına girib?” Bu fikirləri Aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev “Azadlıq” qəzetinin tribunasından son günlər hakimiyyət əleyhinə yönələn silsilə yazılara münasibət bildirərkən söyləyib. “Əli Kərimli də, onun yedəkləri də qorxağın təkidir. Çağırdım, debata belə gəlmədi. Hətta “Azadlıq” qəzetinin özünə müsahibə vermək istədim. Ona da risk etmədilər. Və İndi utanmaz - utanmaz fikir azadlığından, plüralizmdən, müstəqil mətbuatdan dəm vururlar. Oysa sual edirəm: Budurmu sizin azad mətbuatınız? Budurmu fərqli yanaşmaların cəm olduğu məkan?! Budurmu demokratik nümunə? Budurmu siyasi rəqiblərə, siyasi proseslərə düzgün yanaşma tərzi? Xeyr bu deyil. Sizin sərgilədiyiniz qolçomaq təfəkkürüdür, “qəhrəman” libasında dovşan yerişi yeriməkdir, dillə dilçəyin qeyri - adekvatlığıdır, sözlə əməlin bir – birinə tüpürməsidir! Hələ utanmadan seçki bəyannaməsi verirlər. Ki, getmirik. Pahatonnan! Guya hara gedəcəkdiniz ki? Həsən Kərimovun bağından, Steynar Gilin ya da hansısa ermənipərəst konqresmenin bığının altından, Sorosun cibindən, SİYASƏTİN DİBİNDƏN başqa gedəcəyiniz yermi qalıb?!” – deyə Partiya sədri sərt tonda fikirlərinə davam edib. Geri qayıt |