Əsas Səhifə > Partiya, Güney Press > “Heydər Əliyev mənə nazir vəzifəsi təklif etdi”
“Heydər Əliyev mənə nazir vəzifəsi təklif etdi”3-08-2015, 11:02 |
“Bu, sirr deyil, AXC prezident seçkilərində iştirakdan imtina etdi. Çünki 20 yanvardan sonra AXC çox zəifləmişdi, öz qələbəsinə inanmırdı. “Demblok” deyilən qrupda birləşmiş 25 nəfər səs qazanmışdı və bilirdilər ki, kimi namizəd versələr, prezident seçkilərində keçməyəcək. Mən istəməyə-istəməyə, partiyadan məcbur etdilər ki, prezidentliyə namizəd olum. Amma şərt kəsdim ki, seçkiləri saxtalaşdırmağa imkan verməyəcəyəm. 10 gün qalmış namizədliyimi geri götürdüm”. dia-az.life saytı xəbər verir ki, bunu strateq-az-a müsahibəsində politoloq Zərdüşt Əlizadə deyib. Z. Əlizadə vurğulayıb ki, sonradan hadisələr kəskin dəyişməyə başladı və ikinci çıxışından sonra mərhum prezident Heydər Əliyev Naxçıvandan onun yanına bir qasid göndərdi. “İkinci çıxışımdan sonra hörmətli Heydər Əliyev Naxçıvandan bir qasid göndəridi. Qasid Heydər Əliyevdən belə bir xəbər gətirmişdi: “Mən elə bilirdim, bu, yalançı müxalifətdir, amma çıxışlarından sonra gördüm ki, həqiqi müxalifətdir... Bilirəm ki, 10 gün qalmış namizədliyini geri götürəcək. Təklif edirəm ki, namizədliyini götürməsin. Bu, sentyabrın 8-də Ayaz Mütəllibov üçün sürpriz olacaq. O, qalib olacaq. Mən gəlib onunla əməkdaşlıq etməyə hazıram”. Hətta partiyamızda bunu bəyənənlər də oldu. Dedim, siz reallıq hissini itirmisiniz, 250 nəfərlik kiçik bir qrupuq, bizə qarşı çox böyük partokrat dəstəsi, Xalq Cəbhəsi, xarici qüvvələr var - mən bunu idarə edə bilmərəm. Gərək, çalışaq ki, milli barışıq yolu ilə Kommunist Partiyası hakimiyyətdə qalsın, müəyyən bir təkamül yolu keçsin və Azərbaycan bu təhlükəli mərhələni adlasın”. Z. Əlizadə qeyd edib ki, mərhum keçşiş prezident Heydər Əliyev ona nazir vəzifəsi də təklif edib: “Mən əvvəldən istəməmişəm ki, hansısa bir vəzifə sahibi olum. Heydər Əliyev gələndən sonra da, 1994-cü ildə mənə nazir vəzifəsi təklif elədi. O vaxt Milli Münasibətlər Komitəsi yaradılmışdı. Komitənin yaradılması barədə fərman varıydı. Komitənin rəhbəri vəzifəsinin icrası tapşırılmışdı Baş nazirin müavini Abbas Abbasova. Onun da bir neçə vəzifəsi vardı. Təklif olundu ki, bu Komitəni özüm yaradım, 7 rayonun icra başçısı mənə tabe olsun, Bu təklifi də qəbul etmədim...” Geri qayıt |