Əsas Səhifə > Partiya, Güney Press > AXCP-də qruplaşma: `Naxçıvan klanı` və `Üçlər` üz-üzə

AXCP-də qruplaşma: `Naxçıvan klanı` və `Üçlər` üz-üzə


25-08-2015, 09:46
AXCP-də qruplaşma: `Naxçıvan klanı` və `Üçlər` üz-üzə
`Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) müxtəlif qruplaşmaların əlində oyuncağa çevrilib. Partiyanın `sədri` Əli Kərimli isə maraqlarına cavab verdiyi üçün bu hala göz yumur`.

Bu fikirləri AzVision.az-a açıqlamasında AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, münaqişəşünas (konfliktoloq) Cavid Musazadə deyib.

Onun sözlərinə görə, partiyanı parçalamaq xətti götürən Əli Kərimli müavini Fuad Qəhrəmanlı vasitəsi ilə bu qruplaşmları idarə edir və maraqları daxilində onları bir-biri ilə savaşdırır:

- Hazırda AXCP partiyadaxili qruplaşmaların savaş meydanına çevrilib. Xüsusilə iki qruplaşma daim bir-biri ilə mübarizə içərisindədir. Partiyada `Üçlər` adlı qruplaşma var. Bura Eldar Hüseynov, Həsən Kərimov, Gözəl Bayramlı daxildir. Digəri isə `Naxçıvan klanı` adlanır ki, Fuad Qəhrəmanlı, Mirfeyzulla Seyidov, Ağaseyid Hüseynov, İbrahim İbrahimli və partiyadan kənar bir sıra adamlar təmsil olunur. Ancaq, Fuad Qəhrəmanlı maraqları çərçivəsində hər iki qruplaşmada olmağı bacarır. Çünki, o Əli Kərimlinin söz gəzdirənidir.

`AXCP Rəyasət Heyəti toplaşanda qruplaşma üzvləri burun-bruna dayanırlar. Yəni, bu təşkilat monolit deyil. Burada hakimiyyətin müxtəlif qanadlarının `dostluq` etdiyi şəxslər var. Bu adamlar AXCP daxilində öz maraqlarına uyğun qruplaşma yaradıb`, - deyə C. Musazadə bildirib.

O, deyib ki, Əli Kərimli daha çox AXCP daxilindəki Eldar Hüseynov, Həsən Kərimov, Gözəl Bayramlı qruplaşmasını dəstəkləyir: `Ancaq, Fuad Qəhrəmanlı özünü Əli Kərimliyə sadiq göstərməyə çalışır. Eyni zamanda Əli Kərimli Fuad Qəhrəmanlı ilə yaxın əlaqələr saxlayır. Çünki o, hakimiyyətlə daha çox əlaqələrə malikdir. Bununla belə qeyd edim ki, Əli Kərimli həmişə yaltaq adamlarla işləməyi ağıllı adamlarla işləməkdən üstün tututur`.


C. Musazadə hesab edir ki, bu qruplaşmaların fəaliyyəti AXCP-ni dağıtmağa hesablanıb:

`Sanki bu qruplaşmalar partiyanı dağıtmağı qarşılarına məqsəd qoyublar. Onlar siyasi mübarizə aparmırlar. Dolayı yolla hakimiyyətə xidmət edirlər. Yəni, alternativ düşüncəli insanları özləri məhv edirlər. Onlar partiyanın gücünü məhv edib, gücsüz şəkildə mübarizə aparmaq istəyirlər. Axı gücsüz partiya ilə kim hesablaşar? Heç kim. Hesab edirəm ki, onların mübarizəsi absurddur`.

Geri qayıt