Əsas Səhifə > Partiya, Güney Press > "Partiyaların əksəriyyəti ayrı-ayrılıqda 60 dairədən namizəd irəli sürmək potensialına malik deyillər"

"Partiyaların əksəriyyəti ayrı-ayrılıqda 60 dairədən namizəd irəli sürmək potensialına malik deyillər"


31-08-2015, 10:35
"Partiyaların əksəriyyəti ayrı-ayrılıqda 60 dairədən namizəd irəli sürmək potensialına malik deyillər"
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında müxalif partiyaların parlament seçkiləri ilə bağlı siyasi blok yaratmaq cəhdlərini şərh edib. YAP yetkilisinin bildirdiyinə görə, müxalif partiyaların seçkilərə siyasi bloklar halında qoşulmaq cəhdi Seçki Məcəlləsinə uyğun olsa da, müxalifətin kifayət qədər potensiala malik olmamasından qaynaqlanır:
“Qarşıdakı parlament seçkiləri ilə bağlı bəzi partiyalar bloklar yaratmaq niyyətindədir. Bu məsələ Seçki Məcəlləsində də öz əksini tapıb. Seçki Məcəlləsində də göstərilir ki, siyasi partiyalar blok şəklində seçkilərdə iştirak edə bilərlər. Azərbaycanda müxalif siyasi partiyaların seçkilərdə siyasi bloklar şəklində iştirak etmək niyyətinin isə öz səbəbi var. Belə ki, partiya şəklində seçkidə iştirak etmək üçün ən azı 60 dairədən partiyanın namizədləri irəli sürülməlidir. Bu gün ölkədəki partiyaların əksəriyyəti ayrı-ayrılıqda 60 dairədən namizəd irəli sürmək potensialına malik deyillər. Bu namizədlər təbii ki, tanınmış insanlar olmalıdır. Onlar cəmiyyət tərəfindən qəbul edilməlidirlər. Bu baxımdan bəzi hallarda siyasi partiyalar, QHT rəhbərləri, media nümayəndələri, ziyalılar və s. seçkilərə blok şəklində qatılırlar.
Siyasi partiyalar haqqında qanunda dəyişiklik edilib. Burada siyasi partiyaların dövlət büdcəsindən maliyyələşmə məsələsi var. Əgər seçkilərdə iştirak edən partiya seçicilərin 3% səsini qazanarsa, o zaman siyasi partiyalara ayrılan maliyyənin 10%-ni ala biləcək. Bu da həmin partiyaların blok şəklində seçkilərdə iştirakına sitimul verir. Lakin hər zaman olduğu kimi bu seçkilərdə də YAP-a alternativ yoxdur”.

Geri qayıt