Əsas Səhifə > Partiya, Güney Press > "Bizim Əli Kərimli adlı problemimiz yoxdur"

"Bizim Əli Kərimli adlı problemimiz yoxdur"


2-09-2015, 10:53
"Bizim Əli Kərimli adlı problemimiz yoxdur"
“Mən Gültəkin Hacıbəylinin bu fikirləri haqqında uzun-uzadı danışmaq istəmirəm. Buna ehtiyac görmürəm. Sadəcə demək istəyirəm ki, özünə hörmət edən xanım öz fikrini, düşüncəsini bölüşməlidir. Daha başqalarının fikirləri ilə “fədakarlıq” etməməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin keçmiş müavini Razi Nurullayev G.Hacıbəylinin “hünəriniz var, Əli Kərimlini satın alın” fikrinə münasibət bildirərkən deyib.

R. Nurullayev qeyd edib ki, Gültəkin Hacıbəyli vaxtilə hakimiyyətə yaltaqlanan bir adam olub: “İndi də Əli Kərimlinin yanında bu funksiyasını icra edir, “canfəşanlıq” göstərir. O, öz fikirilərini yox, başqalarının fikirlərini deyir. Bizim Əli Kərimli adlı problemimiz yoxdur. O uğursuz fəaliyyət göstərdiyinə, partiyanı uçuruma apardığına görə istefa verməsini tələb edirik. Gültəkin Hacıbəylinin Əli Kərimliyə qarşı bu qədər sevgisi varsa, o zaman onu inandırsın ki, səhv yoldadır və AXCP-dən istefa verib getməlidir”.

Geri qayıt