Əsas Səhifə > Partiya, Güney Press > “Deputat olmaq fikrim var, namizədliyimi versəm, Sabir Rüstəmxanlı namizəd olmayacaq”

“Deputat olmaq fikrim var, namizədliyimi versəm, Sabir Rüstəmxanlı namizəd olmayacaq”


3-09-2015, 11:01
“Deputat olmaq fikrim var, namizədliyimi versəm, Sabir Rüstəmxanlı namizəd olmayacaq”
“Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq”.

Bunu APA-ya açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deyib.

T. Rüstəmxanlı bildirib ki, deputatlığa namizəd olmaq fikrindədir. O bu barədə S. Rüstəmxanlı ilə razılığa gəldiklərini də deyib. “Sabir Rüstəmxanlı partiya lideri olaraq qalacaq. Hələ ki, fikrimiz belədir, ancaq hər şeyi zaman göstərəcək”.

S. Rüstəmxanlı isə APA-ya açıqlamasında deputatlığa namizədliyini irəli sürəcəyi haqqında qərar vermədiyini deyib: “Hələ ki, partiyanın başqa namizədləri müəyyənləşdirilir. Mən problem deyiləm”.

Geri qayıt