Əsas Səhifə > Partiya, Güney Press > Ağstafa cəbhəçiləri də Əli Kərimlidən imtina etdi

Ağstafa cəbhəçiləri də Əli Kərimlidən imtina etdi


10-09-2015, 09:40
Ağstafa cəbhəçiləri də Əli Kərimlidən imtina etdi
AXCP Ağstafa rayon şöbəsinin fəalları yaradılan süni əngəllərdən sonra nəhayət ki konfransını keçirib.

AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, rayon şöbəsinin nəzdində olan 25 dayaq dəstəsindən 19-u konfransda iştirak edib. Tədbirdə dayaq dəstəsinin yetər sayı olduğuna görə etibarlı sayılıb.

Yüksək fəallıqla keçirilən konfransda AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Ələddin Kəsəmənli, partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıb. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər.

Sonra təşkilati məsələyə baxılıb. Maarif Məhəmmədəli oğlu Salahov yekdilliklə AXCP Ağstafa rayon şöbəsinin sədri seçilib. Kamal Pənah oğlu Verdiyev Ali Məclisin üzvü, Yaşar Zirəddin oğlu Babayev, Aqşin Biləndər oğlu Hüseynov və Fizuli İsmayıl oğlu Nəsibov Nəzarət Təftiş Komissiyasının üzvləri seçildilər.

Elbəyi Məhəmmədəli oğlu Əliyev, Teymur Əhməd oğlu Mehdiyev, Maarif Məhəmmədəli oğlu Salahov, Kamal Pənah oğlu Verdiyev, Yaşar Zirəddin oğlu Babayev, Aqşin Biləndər oğlu Hüseynov, İmran Pənah oğlu Verdiyev, Fizuli İsmayıl oğlu Nəsibov, Əliyev Baba Alı oğlu, Rövşən Mehbalı oğlu Nəbiyev, Səxavət Sabir oğlu İsmayılov və Sərxan Elxan oğlu Mərdanov AXCP Etimad Qurultayına nümayəndə seçiliblər.

Xatırladaq ki, bir müddət əvvəl Ağstafa polisi Razi Nurullayevi dəstəkləyən cəbhəçilərə hücum etmişdi və müşavirənin keçirilməsinə maneəçilik yaratmışdı.

Baş vermiş qarşıdurmaya sosial şəbəkədə AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev də, öz fikrini bildirmişdi.

O, qeyd etmişdi ki, Azərbaycan vətəndaşı, cəbhəçi, müxalifət və ya digər kateqoriyalı insan özünə əqidə və yol seçməmişdən öncə bir insan, bir şəxsiyyəti kimi doğulub və ona hörmət olunmalıdır: “Aqstafa polisinin, Aqstafa icra hakimiyyətinin bu hərəkəti heç bir tənqidə sığmır. Sən necə rəva görə bilərsən ki, insanın şəxsiyyətini aşağılayaraq onları bir otağa salıb insanlqıdan kənar rəftar edəsən? Məsələ döyülmək və söyülməkdə deyil. İnsan şəxsiyyətini alçaltmaq, ona əl qaldırmaqdan daha betərdir. Biz AXCP olaraq, yeni yol və format müəyyən edirik. Yenilənmiş və intriqalardan uzaq, xalqın maraqları ilə uyuşan bir AXCP qururuq. Əbülfəz Elçibəy sevgisi ilə qurulan bir AXCP. Dinc mübarizə üsulu ilə sizi daha çox utandırmağa çalışacayıq. Bizim topumuz və topxanamız olmasa da, insan və insanlığa, dövlət və dövlətçiliyə ehtiramımız və sayğımız var. Dövlət YAP demək deyil. Dövlət bizim babalarımızın ruhunun gücü və dəstəyi ilə bizə çatmış, kökü tükənib-bitməyən, sonsuzluğa qədər gedən bir qayadır.

Geri qayıt