Əsas Səhifə > Partiya, Güney Press > Etibar Məmmədov YAP-ın namizədlərini dəstəklədi

Etibar Məmmədov YAP-ın namizədlərini dəstəklədi


17-09-2015, 10:50
Etibar Məmmədov YAP-ın namizədlərini dəstəklədi
“Yeni Azərbaycan Partiyasının seçki siyahısında gənclərin yer almasını dəstəkləyirəm”. Bunu Modern.az-a açıqlamasında Azərbaycanın tanınmış siyasi xadimi, AMİP lideri Etibar Məmmədov deyib.

O, gənclərin hər zaman kreativ olduğuna da diqqət çəkib.

“İstənilən sahədə gənclərin çoxluğu uğurlu gələcək deməkdir. Siyasi arenada gənclərin toplaşması onların daha fəal mübarizəyə qoşulmasına zəmin yaradır. Gənclər hər zaman yeni ideyalarla, yeni mübarizə üsulları ilə diqqət çəkir. Ona görə də gənclərin siyasət meydanına atılmasını, gənc kadrlara hər hansı vəzifənin həvalə olunmasını təqdirəlayiq hesab edirəm”.

Etibar Məmmədov müxalifətin parlamentdə təmsil olunması məsələsinə də toxunub.

“Bu ilin noyabrda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün müxalifətdə olan tanınmış siyasətçilər də namizədliyini verib. Bu siyasi mübarizədə bütün müxalifətçilərə uğurlar arzulayıram. Ümumiyyətlə, müxalifətsiz siyasət olmur. İqtidar varsa, müxalifət də var. Həmçinin, müxalifətsiz parlament olmaz”.

Geri qayıt