Əsas Səhifə > Partiya, Güney Press > AXCP-də yarpaq tökümü: Daha 2 gənc Əli Kərimlini tərk etdi

AXCP-də yarpaq tökümü: Daha 2 gənc Əli Kərimlini tərk etdi


18-09-2015, 08:52
AXCP-də yarpaq tökümü: Daha 2 gənc Əli Kərimlini tərk etdi
DİA.AZ: - Əli Kərimlinin sədrlik etdiyi AXCP-də payız mövsümü davam edir. Və görünən odur ki, Əli Kərimli üçün qış ağır gələcək.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, daha iki gənc cəbhəçi Əli Kərimlinin sədrliyini qəbul etməyərək, Razi Nurullayevin ətrafında birləşdiklərini bəyan ediblər.

Gənclərin bəyanatlarını təqdim edirik:

Mən Cahangirov Elvin, 2015-ci ildən AXCP gənclər komitəsinin üzvüyəm. Bu partiyaya yenicə böyük ümidlərlə gəlmişdim. Lakin ümidlərim boşa çıxdı. Partiya daxilində çox iyrəncliklərin şahidi oldum. Və Əli Kərimli və onun yaxın ətrafının yürütdüyü yaramaz siyasəti qəbul etməyərək, Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə dəstək verdiyimi bəyan edirəm.

Mən Əli Əlizamanov, 2014-cü ildən AXCP Saatlı rayon şöbəsinin üzvüyəm. Partiya daxilində baş verən ürəkbulandırıcı prosesslər digər gənclər kimi məni də narahat etməyə başladı. Əlim Kərimlini partiya daxilində yaratdığı anti demokrat rejim mənim mübarizə eşqimi öldürmüşdü. Lakin Ruslan Nəsirlinin AXCP Etimad Qurultayı TK-nın sədri Razi Nurullayevi dəstəkləməsindən sonra, mən də öz doğru qərarımı verdim. Və bəyan edirəm ki, bu gündən AXCP Etimad Qurultayı TK-ya qoşuluram.

AXCP-də yarpaq tökümü: Daha 2 gənc Əli Kərimlini tərk etdi

Geri qayıt