Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimliyə alternativ olduğuma görə mənə satqın deyirlər”

“Əli Kərimliyə alternativ olduğuma görə mənə satqın deyirlər”


21-09-2015, 10:12
“Əli Kərimliyə alternativ olduğuma görə mənə satqın deyirlər”
“Yenə satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli özünün “Facebook” səhifəsində yazıb.

O, AXCP sədri Əli Kərimliyə alternativ namizəd olmasının bəzi partiya üzvləri tərəfindən satqınlıq kimi dəyərləndirilməsinə etirazını bildirib: “Nədən sataraq iddialı olum? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq, öyrənək, öyrədək. Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq. Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar”.

Xatırladaq ki, AXCP-nin qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Geri qayıt