Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlinin yaxın adamı onun zəif tərəflərini SADALADI
Əli Kərimlinin yaxın adamı onun zəif tərəflərini SADALADI22-09-2015, 09:21 |
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya hazırlaşır. Qurultayda sədr seçkisi də olacaq. Qurultay ərəfəsində partiyada münasibətlər gərginləşməyə doğru gedir. AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin sədrliyə öz namizədliyini irəli sürməsi partiyada bir çoxlarının xoşuna gəlməyib. Bu arada sosial şəbəkədə Sahib Kərimli, onun tərəfdarları və əlehdarları qarşılıqlı ittihamlarla müşayiət olunan müzakirələr açıblar. Modern.az saytı xəbər verir ki, AXCP sədrliyinə iddia edən Sahib Kərimli söz verdiyi kimi, partiyanın lideri Əli Kərimlinin zəif cəhətlərini sadalayıb. "Əli Kərimli məndən təcrübəlidir, siyasəti daha yaxşı bilir, daha məlumatlıdır. AXCP -yə 20 ildir faktiki rəhbərlik edir, strukturların formalaşdırılması,insanların cəlb edilməsi onun iradəsi ilə həyata keçirilib. Xarizmatik liderdir, partiyada fanatik tərəfdarları var. AXCP-nin indiki qurultay dönəminə ölkənin əsas müxalifət liderlərindən biri kimi daxil olur. Konfranslar onun nəzarətində keçirilib. Protest elektorat arasında populyardı, ona qarşı olan mövqeyə neqativ yanaşma meylləri güclüdür. Əlində resurslar var. Bunlar, Əli bəyin güclü tərəfləridir və ona iddiasını reallaşdırmaq üçün əsaslar verir”-deyə S.Kərimli bildirib. Daha sonra o, Əli Kərimlinin zəif tərəflərinin aşağıdakılar olduğunu qeyd edib. “Əli Kərimli 20 ildən çoxdur ki, lider həyatı yaşayır, cəmiyyətlə təması zəifdir, müxtəlif səbəblərdən dəyişən sosial münasibətləri yaxşı bilmir, ünvanladığı mesajlarda hədəf qruplarını doğru seçmir. Avtoritar idarəetməyə meyllidir, kadrları bacarıqlarına görə yox, itaətkarlığına görə seçir. İdarəetmədə özünə güvənir, fərqli düşüncəyə dözümlü deyil. Partiya həm də ictimai institutdur, lakin AXCP də kadr hazırlığı sahəsində maarifləndirici fəaliyyət olmayıb. AXCP ideoloji boşluqdadır, akademik fəaliyyətlər ümumiyyətlə yoxdur. Partiyada sənədləşmə işi çox zəifdir, yeni informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadə olunmur. Resursların idarə olunmasında şəffaflıq və hesabatlılıq yoxdur. Partiya strukturlarının bir çoxu fəaliyyətsizdir, sınaqdan çıxmış mexanizmləri fəaliyyətsizləşdirməyə meyllidir. Komandasını və dostlarını tez-tez itirir, insanlarla münasibətlərdə ardıcıl deyil. Partiya 15 ildə onlarla önəmli siyasi şəxsləri itirib, strukturları zəifdir. İctimai sektorda və real müxalifətdə olan tanınmış nüfuzlu adamlarla şəxsi münasibətləri korlamağa meyllidir. Siyasətin təbiətinə zidd olaraq, fərdlərdən və ya hər hansı strukturdan küsülü qalmağa, kommunikasiyanı tam və ya fasilələrlə kəsməyə həvəslidir. Demokratik qüvvələrin geniş koalisiyasını yaratmaq imkanları minumumdur. Sədr olduğu 15 ildə müsbət nəticələr əldə olunmayıb, məramnamə öhdəlikləri yerinə yetirilməyib. Partiyanı hakimiyyətə gətirə bilməyib”. S.Kərimli özünü iddialı edən və qələbəsini şərtləndirən amillərdən də bəhs edib. Tərəfdarlarının durmadan artdığını vurğulayıb. Geri qayıt |