Əsas Səhifə > Partiya, Güney Press > “Qərb institutlarının boykot mövqeyi milli maraqlarımıza uyğun deyil”

“Qərb institutlarının boykot mövqeyi milli maraqlarımıza uyğun deyil”


29-09-2015, 09:24
“Qərb institutlarının boykot mövqeyi milli maraqlarımıza uyğun deyil”
Məlum olduğu kimi, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməkdən imtina edib. Maraqlıdır, Qərb təşkilatlarının boykot mövqeyi ölkəmizdəki demokratik qüvvələrin, tövlükdə xalqın maraqlarına cavab verirmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev Qərbin bu addımının anlaşılan olmadığını və Azərbaycan xalqının milli maraqlarına cavab vermədiyini qeyd etdi: “Uzun müddət Qərb çevrələri Azərbaycan müxalifətini prosesin tərəfi olmağa və hər hərəkəti daxildən müşahidə etməyi təklif ediblər. Bizim boykot taktikamız onlar tərəfindən heç vaxt bəyənilməyib. Bu gün Qərb çevrələrinin Azərbaycanda keçirilən parlament seçkilərini boykot etməsi ikili standart siyasətinin nümunəsi hesab edilməlidir. Çünki onlar uzun müddət Azərbaycan müxalifətinə təlqin eləməyə çalışıblar ki, boykot taktikası yanlış taktikadır. Belə olan halda Qərbin Azərbaycanda keçirilən vacib, bəlkə də birinci dərəcəli seçkiləri bu tərzdə boykot etməsi şəxsən mənim üçün anlaşılmazdır. Boykot siyasəti Azərbaycan xalqının maraqlarına uyğun deyil. Hesab edirəm ki, Qərb siyasiləri Azərbaycana gələrək buradakı seçkiləri müşahidə etməlidirlər, seçkilərlə bağlı həqiqətləri dünyaya yaymağı bacarmalıdırlar. Onların bu gün seçdikləri xətt Azərbaycan xalqının maraqlarına uyğun deyil. Bu yanaşma demokratiya, insan haqları və insan özgürlükləri ilə də uyuşmur. Mən Azərbaycan daxilindəki boykotçu qüvvələr və Qərbin boykot siyasətini anlaya bilmirəm. Hesab edirik ki, demokratiya yalnız prosesin gedişatında inkişaf edə bilər. Yalnız bu halda, proseslərin gedişatı fonunda demokratiya, demokratik mübarizə xalq üçün faydalı ola bilər. Demokratiyaya meyilli qüvvələrin əməkdaşlığı ölkələrin inkişafına, xalqların mənafeyinə xidmət etməlidir. Lakin Qərb institutlarının sərgilədikləri hazırkı mövqe bizim milli maraqlarımıza uyğun deyil. Onların seçkiləri müşahidə etməkləri daha faydalı olardı”.

Geri qayıt