Əsas Səhifə > Partiya, Güney Press > “AXCP oktyabrın 18-də Azərbaycanda yeni, saf bir siyasətin əsasını qoyacaq”
“AXCP oktyabrın 18-də Azərbaycanda yeni, saf bir siyasətin əsasını qoyacaq”8-10-2015, 09:25 |
DİA.AZ: - Dünən AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) konfransı keçirilmiş rayon şöbələri sədrlərinin və Ali Məclis üzvlərinin iştirakı ilə geniş müşavirə keçirib. Müşavirədə 44 rayon şöbəsi iştiraak edib. Yığıncaqda etimad qurultayına hazırlıq məsələləri və qarşıya qoyulan vəzifələr müzakirə edilib. DİA.AZ xəbər verir ki, müşavirəni giriş sözü ilə AXCP EQTK-nın üzvü Rafiq Daşdəmirli açıb. Daha sonra AXCP EQTK-nın sədri Razi Nurullayev çıxış edib R. Nurullayev partiyanın gələcək siyasi fəaliyyət istiqamətlərindən danışaraq, AXCP-nin real və həqiqi müxalifət yaratmaq uğrunda mübarizəyə başladığını bəyan edib. “Azərbaycanda siyasəti gətirib elə bir hala saldılar ki, siyasətdə könüllük prinsipləri də ortadan çıxmağa başladı. Bəzi adamların, bəzi siyasətçilərin hesabına artıq siyasətdə yalançılıq baş alıb gedirdi. İnsanlar özünün şəxsiyyəti və özünün şəxsi maraqları üzərində siyasət formalaşdırmağa başlamışdılar. Üzvlərlə partiya rəhbərliyi arasında, şöbə sədrləri ilə partiya rəhbərliyi arasında böyük uçurum yaranmışdı. Partiya üzvlərinin, rayon şöbə sədrlərinin, Ali Məclis üzvlərinin və fəalların fəalliyyəti ancaq mitinqlər, tədbirlər və sədrin fəaliyyətini təbliğ və təşviq etmək üzərində qurulmuşdu. Partiyadan yalnız bir neçə nəfər yararlanırdı. Partiyanın qəzeti, saytı və digər resursları bir neçə nəfər arasında bölüşdürülürdü. “Nümünə göstərəcəyik ki, demokratiya, şəffaflıq necə olur” Razi Nurullayev AXCP EQTK-nin oktyabrın 18-də keçiriləcək qurultayından danışıb və bununla Azərbaycanda yeni siyasi proseslərin əsasının qoyulacağını deyib: “18 oktyabrda Azərbaycanın Müstəqillik Aktının qəbul olunduğu gündə AXCP-nin qurultayı olacaq. Biz sizlərlə birlikdə söz vermişik, inanmışıq və inanırıq ki, ayın 18-də Azərbaycanda yeni, saf bir siyasətin əsasını qoyacağıq. Möhtəşəm bir qurultay keçirəcəyik və bu qurultayımız təşkilatb bacarığına və eyni zamanda demokratik yanaşmasına görə ilk olacaq. Bu ilk digər siyasi partiyalar və siyasətçilər üçün də, eyni zamanda Yeni Azərbaycan Partiyası üçün də bir nümunə yaradacaq. Elə bir nümünə ki, baxıb görsünlər ki, demokratiya, şəffaflıq necə olur və necə idarə edilir. Qurultayda AXCP-nin proqramları qəbul olunacaq. Qarabağ məsələsinə də toxunan sədr vurğulayıb ki, torpaq üzərində heç bir siyasət qurula bilməz, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, AXCP olaraq biz hər zaman bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. AXCP Elçibəy ideyalarının gerçəkləşməsi uğrunda hər zaman öz siyasətini həyata keçirəcək” deyən R.Nurullayev onu da qey edib ki, Bütöv Azərbaycançılıq, milli məfkurə AXCP-nin əsas prinsiplərindəndir. Qurultayla bağlı tövsiyələrini açıqlayan Razi Nurullayev, AXCP adından heç bir halda imtina edilməyəcəyini bildirib. Sonra AXCP EQTK üzvləri rayon şöbə sədrləri, Ali Məclis üzvləri çıxış edərək AXCP-də baş verənləri qiymətləndirib, Əli Kərimlinin partiyada yaratdığı avtoritarizmə etiraz olaraq bundan sonrakı fəaliyyətlərini AXCP EQTK-də aparacaqlarını bildiriblər. Müşavirənin sonunda Razi Nurullayev iştirakçılarını suallarını cavablandırıb. Geri qayıt |