Əsas Səhifə > Partiya, Güney Press > “Alternativlik qoxusunu hiss edən kimi rəqiblərini partiyadan uzaqlaşdırır”
“Alternativlik qoxusunu hiss edən kimi rəqiblərini partiyadan uzaqlaşdırır”12-10-2015, 10:18 |
DİA.AZ: - AXCP-də Əli Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur. DİA.AZ bildirir ki, bu sözləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib. Əli Kərimlinin açıq müzakirələrdən qaçdığını deyən sədr, qonşu Türkiyədə cərəyan edən siyasi proseslərdən misal gətirərək, onun alternativlik qorxusu olduğunu qeyd edib: “Əli Kərimliylə eyni zamanda siyasi səhnədə olan Türkiyənin Ana Vətən Partiyasını lideri Məsud Yılmaz hardadır? Bu gün Türkiyə parlamentində müstəqil millət vəkili kimi fəaliyyət göstərir. Amma hələ ötən əsrin 90-cı illərinin sonunda seçkini uduzub partiya mövqeyindən geri durdu. Yerini başqalarına verdi. Eləcə də Türkiyənin ilk qadın baş naziri Tansu Çillər. Seçkini uduzanan sonra yeni siyasi qüvvələrin meydana çıxmasına əngəl olmaqdan imtina etdi. AXCP sədri isə nəinki partiyada yeni siyasətin oturuşması üçün şərait yaratmağa, yaxud geri çəkilib yerini başqalarına verməyə hazırdır, əksinə alternativlik qoxusunu hiss edən kimi rəqiblərinə meydan oxuyur, onları partiyadan uzaqlaşdırmaq yolunu seçir. Çünki rəqib olmaqdan və şəffaf müzakirələrdən çəkinir”. Məğlub liderlərin “bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun” bəhanəsi gətirdiyini deyən R. Nurullayev qeyd edib ki, bu amil, oturub müzakirələr aparmağa mane olmur: “İddia oluna bilər, bəs bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun, yaxud siyasi səhvlərini müzakirəyə çıxarsın. Yaxşı, tutaq ki, belədir. Bəs müzakirəyə nə deyirsiniz? Məgər müzakirə də açmaq olmaz? Başqa bir nümunə. Ən cağdaş günlərdən daha bir nümunə burada yerinə düşür. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının son bələdiyyə seçkilərini və prezident seçkilərini uduzması partiya daxilində geniş müzakirələrə səbəb oldu. Partiyanın genel başkanı hörmətli Kamal Kılıçdaroğluna qarşı açıq tənqidi fikirlər səsləndirildi və partiyanın qurultayında alternativli seçki keçirildi. Amma partiya başkanı buna qısqanclıqla yanaşmadı, yaxud tərəfdarlarını səfərbər edib rəqibini partiyadan uzaqlaşdırmaq yolunu tutmadı. Əksinə demokratiya nümunəsi göstərdi və alternativli seçkidə qalib gəldi, rəqibi Məhərrəm İncənin əlini sıxdı. Bizdə isə, məğlubiyyəti şərəflə qəbul etmə mədəniyyəti hələ də formalaşmayıb”. Geri qayıt |