Əsas Səhifə > Partiya, Güney Press > Müsavat hansı AXCP-mi tanıyır...

Müsavat hansı AXCP-mi tanıyır...


22-10-2015, 12:37
Müsavat hansı AXCP-mi tanıyır...
AXCP-nin sədrinin keçmiş müavini olan Razi Nurullayevin yeni AXCP yaratmasını Müsavat Partiyası başqanı Arif Hacılı tanımayıb. Arif Hacılı, Əli Kərimlinin sədri olduğu AXCP-ni tanıdığını deyib.

Müsavat Partiyasının üzvü, “Ağ Blok” təşkilatının təsisçisi Tural Abbaslı isə adıçəkilən partiyanın başqanını tələsik qərar verməkdə günahlandırıb.

AXCP-nin sədr müavini Nurəddin Məmmədli Modern.az-a açıqlamasında Tural Abbaslının dediklərinə münasibət bildirib. O söyləyib ki, Tural Abbaslının mövqeyi Müsavat Partiyası daxilində fikir ayrılıqlarının yaranmasını göstərir.

“Tural Abbaslının söylədiyi fikirlər bizə aid məsələ deyil. Bunu Müsavat Partiyasının özü ilə araşdırmaq lazımdır ki, niyə partiyada konkret məsələyə münasibətdə fikir ayrılığı mövcuddur”,-deyə o bildirib.

AXCP funksioneri qeyd edib ki, Müsavat Partiyasında konkret məsələlərə dair qəbul edilmiş qərarlar partiya üzvləri tərəfindən təkzib olunur.

“Mənim nəsə deməyim sözün mahiyyətinə təsir edəcək məsələ deyil”.

Geri qayıt