Əsas Səhifə > Partiya, Güney Press > "Milli Şura"nın ermənipərəstlərlə növbəti yaxınlaşması
"Milli Şura"nın ermənipərəstlərlə növbəti yaxınlaşması29-10-2015, 08:19 |
“Milli Şura”nın üzvləri - “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, AXCP-nin mətbuat katibi Natiq Ədilov, “Azərbaycan Ziyalılar Birliyi” sədrinin müşaviri Seyran Rəfiyev dünən Strasburqda Avropa Parlamentinin Çexiyadan olan deputatı Yaromir Stetina ilə görüşüblər. Müxalifət mətbuatının yazdığına görə, görüşdə Azərbaycanda insan haqları və söz azadlığı ilə bağlı məsələlər, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə, bu qətnamədən irəli gələrək görülməli olan işlər müzakirə olunub. O Yaromir Stetina ilə ki, erməni mətbuatına müsahibə verərək Qarabağ ermənilərinin müstəqil dövlət qurmağa haqqı çatdığını bildirmişdi. Görünən odur ki, bu adam qatı ermənipərəst mövqeyi ilə seçilir və Azərbaycan torpaqlarında qondarma bir "respublika"nın yaradılması "təşəbbüsü"nə qoşularaq beynəlxalq hüquqa tüpürür. İndiki halda “Milli Şura”da təmsil olunan şəxslərin onunla görüşməsi, Azərbaycanın daxili problemlərini onunla müzakirə etməsi göstərir ki, bu adamlar onunla həmrəydir və hətta lazım gəlsə, onun ermənipərəst mövqeyini belə bölüşməyə hazırdırlar. Əgər Milli Şuranı yaradanların, bu qurumu təsis edənlərin kimliyinə baxsaq aydın olar ki, əslində burada qeyri-adi bir şey yoxdur... Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov nə az-nə çox, düz üç dəfə xarici mətbuatda erməniləri mədh edən məqalə ilə çıxış edib. Məqalələrin birində daha da irəli gedərək “ermənilərsiz Bakının mənasız olduğunu” deyib. Şuraya yaxın olan Əkrəm Əylisli isə qələmə aldığı “Daş yuxular” adlı romanını bütünlüklə ermənilərin “böyük millət” olmasına həsr edib. İndi “qoca şuraçı”ların bu işini “gənc şuraçı”lar görür. Bu gün ermənipərəst deputatla Azərbaycanın daxili işlərini müzakirə edirlər, sabah da bəyanat yayarlar ki, biz ümumiyyətlə erməniyik. Niyə də yox? Axı sığındıqları, qrant aldıqları Qərbdə, Avropada bunu istəyirlər. Qərb bunları biraz da sıxsa, erməni də olacaqlar, lap yeri gəlsə, Sarkisyanla da görüşəcəklər. Adını da qoyacaqlar “tarixi anlaşma”. Azər Niftiyev - Trend: Azərbaycan xəbərlər xidməti Geri qayıt |