Əsas Səhifə > Partiya, Güney Press > YAP müxalifətə sataşdı: “Ümidləri puça çıxdı”

YAP müxalifətə sataşdı: “Ümidləri puça çıxdı”


5-11-2015, 15:09
YAP müxalifətə sataşdı: “Ümidləri puça çıxdı”
“Azərbaycanda hər zaman azad, ədalətli və demokratik seçkilər keçirilib. Bu seçki də azad, ədalətli və demokratik şəkildə keçirildi. Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda seçkiylə yox, sadəcə olaraq ara qarışdırmaqla məşğul olmaq istəyirdilər. Azərbaycan dövləti də, Azərbaycan prezidenti də konkret olaraq bununla bağlı öz fikirləırini bildirdi”.

Bu sözləri Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Pasrtiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, bildirib ki, Azərbaycan müxalifəti beynəlxalq təşkilatlara ümid bəsləsə də, bu ümidlər puça çıxdı.

“Azərbaycanın bəzi müxalifət partiya liderləri belə bir fon yaratmağa çalışırdılar ki, guya, onlar seçkidə iştirak etməsə, bu seçki demokratik hesab oluna bilməz. Bu, heç bir qanunvericiliyə və beynəlxalq prinsiplərə uyğun deyil”.

YAP funksioneri bildirib ki, seçkidə alternativlik olmalıdır.

“Bu seçkidə də digər seçkilərdən daha çox adam namizədliyini irəli sürərək, iştirak eydi və seçki uğrunda mübarizə apardı. Hər dairədən demak olar ki 7-8 nəfərin namizədliyi qeydə alınmışdı və seçki uğrunda mübarizə aparırdı. Avtomatik olaraq alternativlik təmin olunmuşdu və seçici kimi istəyirdi, gəlib ona səs verirrdi. Azərbaycan xalqı, Azərbaycan seçicisi istədiyi namizədi seçərək Azərbaycan parlamentini yenidən formalaşdırdı. Burda beynəlxalq təşkilat nə irad tuta bilər”.

Siyavuş Novruzovun fikrincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki ərəfəsində oyun oynamağa başladı.

“Lakin 500-dən artıq xarici müşahidəçi, o cümlədən Avropa ölkələrindən, Asiya ölkələrindən gələn nümayəndələr, MDB Parlament Assambleyasının üzvləri bu seçkinin azad, şəffaf, ədalətli keçdiyini təsdiq etdilər və bunu öz bəyanatlarında da söylədilər. O baxımdan qalan kimin nə deyəcəyi isə bizim üçün o dərəcədə də əhəmiyyətli deyil”.

Geri qayıt