Əsas Səhifə > Partiya, Güney Press > AXCP ilə bağlı iki müraciət daxil olub, araşdırılır

AXCP ilə bağlı iki müraciət daxil olub, araşdırılır


6-11-2015, 13:57
AXCP ilə bağlı iki müraciət daxil olub, araşdırılır
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
Qurumun mətbuat xidmtindən APA-ya verilən məlumata görə, nazirliyiə AXCP qurultayı ilə bağlı 2 müraciət daxil olub və bunlar araşdırılır: “Yaxın vaxtlarda araşdırmanın nəticəsi cəmiyyətə açıqlanacaq”.

Xatırladaq ki, Əli Kərimlinin sədri olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Ə. Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və Ədliyyə Nazirliyinə müraciət edib.

Geri qayıt