Əsas Səhifə > Partiya, Güney Press > YAP İdarə Heyəti toplanır
YAP İdarə Heyəti toplanır10-11-2015, 11:09 |
Hakim Yeni Azərbaycan Partiyasının 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd, müğənni-bəstəkar Elza Seyidcahanın qaldırdığı iddialarla bağlı apardığı araşdırmalar başa çatmaq üzrədir. Bu barədə AzVision.az-a açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib. Onun sözlərinə görə, araşdırmanın nəticələri YAP Nərimanov rayon Təşkilatının İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq: “Elza Seyidcahanla bağlı məsələ yaxın günlərdə İdarə Heyətinin toplantısında müzakirə olunacaq. Bundan sonra onunla bağlı son qərar veriləcək”. Qeyd edək ki, E. Seyidcahan namizədliyini irəli sürdüyü dairədə seçkinin nəticələrinin ləğv olunmasını tələb edib. Hakim partiya üzvünün bu addımı YAP tərəfindən etirazla qarşılanıb. Geri qayıt |