Əsas Səhifə > Partiya, Güney Press > "Bu böyüklükdə qələt olmaz!"

"Bu böyüklükdə qələt olmaz!"


11-12-2015, 09:17
"Bu böyüklükdə qələt olmaz!"
Sabiq prezident Ayaz Mütəllibovun mərhum prezident Elçibəy haqqında dediklərinə sərt reaksiyalar davam edir.

Mia.az xəbər verir ki, AXC hakimiyyətində yüksək vəzifə tutmuş hazırkı deputat Fazil Mustafa da Ayaz Mütəllibovu böhtan atmaqda suçlayıb:

"Ondan soruşurlar ki, "Sizdən sonra Əbülfəz Elçibəy prezident oldu, daha sonra isə Heydər Əliyev. Məncə, hər ikisinin Azərbaycan tarixində ayrıca yeri var. Maraqlıdır, ilk prezident kimi bu iki şəxsi necə müqayisə edərdiniz?"

Aşağıdakı cavabı verir: "Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil. Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var".

Təbii ki, cavabın birinci müqayisə hissəsi adamın subyektiv dəyərləndirməsidir və buna müdaxilə etməyi düzgün saymıram. Ağlından, dünyagörüşündən asılı olaraq, belə bir qiymətləndirməni razılaşmasam belə, normal qarşılayıram. Ancaq cavabın ikinci hissəsi, yəni "Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var" kimi cavaba, hələ Elçibəy haqqında inanın ki, bu böyüklükdə iftira, qələt, böhtan və şərlə ilk dəfədir rastlaşıram. Bunu uzun illər öncə ölkəmizin prezidenti olmuş bir şəxs qəti əminliklə Vətənə xəyanətdə, Kəlbəcəri satmaqda ittiham edir. Buyursun, bir ay ərzində istənilən rus və ya Azərbaycan arxivlərindən nəinki belə məzmunda bir müraciət, hətta belə bir məzmunda bir cümlə təqdim edə bilsə, mətbuat vasitəsilə Ayaz Mütəllibovdan üzr istəyəcəyəm. İşdir, əgər bu müddətdə belə bir material ortaya qoymazsa, o zaman hər dəfə Ayaz Mütəllibov sözündən öncə Vətən xaini ifadəsindən başlamış digər sərt ifadələri işlətmək haqqımızdan istifadə edəcəyimizdən əmin ola bilər".

Geri qayıt