Əsas Səhifə > Partiya, Güney Press > “Mən Elçibəy haqqında nə demişəm ki?!”
“Mən Elçibəy haqqında nə demişəm ki?!”14-12-2015, 11:39 |
Azərbaycanın keçmiş prezidenti Ayaz Müətllibovun Modern.az saytına verdiyi müsahibədə mərhum eks-prezident Əbülfəz Elçibəy barədə işlətdiyi “primitiv millətçi” ifadəsi böyük səs-küyə səbəb olub. Hətta Elçibəyin ailə üzvləri də səslənən fikirlərə kəskin etirazlarını bildiriblər. Sosial şəbəkələrdə isə günlərdir davam edən müzakirələrə hə lə son qoyulmayıb... Günlərdir müzakirə obyektinə çevrilən eks-prezident Ayaz Mütəllibov belə bir reaksiya gözləyirdimi? Modern.az saytına yenidən açıqlama verən Ayaz Mütəllibov məsələnin bu şəkildə etirazlarla qarşılanacağını gözləmədiyini deyib. “Müsahibə zamanı Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim. Mən Elçibəy haqqında nə demişəm ki?! Elçibəy haqqında işlətdiyim “primitiv” sözü heç də onu aşağılamaq məqsədi daşımayıb. Həmin ifadədən istifadə etməyimin anlamı o idi ki, yəni, Elçibəy çox sadəlövh adam idi. Cümlədə işlətdiyim “primitiv” ifadəsi belə başa düşülməliydi. O sözü işlətmək istəmirdim. Təsəvvürümdə sadəlövhlüyünü canlandırıb “primitiv” kimi qələmə verdim. Elçibəyi təhqir etmək fikim qətiyyən olmayıb. Elçibəy hər zaman sadəlövh olub. Hər kəsə etibar edib”. Ayaz Mütəllibov həmin müsahibədən sonra mətbuatda haqqında yazılanlara, ona edilən hücumlara da münasibət bildirib. “Yenə də siyasi mədəniyyətə söykənib bu dərəcədə mənə qarşı əndazəni aşmamalı idilər. Məni Moskvameylli kimi təqdim edirlər. Bəs, onlar nə meyllidirlər?! Belə başa düşürəm ki, indi bunlar haqlı olub, yerdə qalanlar haqsız... Ümumiyyətlə, daha bu mövzuda danışmaq istəmirəm. Çünki danışdıqca, məsələlər bir az da böyüyəcək”. Geri qayıt |